DünyaMuharibə

Cəbhədə “ölüm zonası” genişlənir: dronlar Rusiya ordusunun arxa mövqelərini hədəfə alır

Ukrayna cəbhəsində dronların yaratdığı təhlükə artıq yalnız ön xəttlə məhdudlaşmır. Fransalı OSINT analitiki Kleman Molenin qiymətləndirməsinə görə, zərbə zonası Rusiya mövqelərinin onlarla kilometr dərinliyinə uzanan çoxpilləli sistemə çevrilib.

Tacxeber.com “Dialog.ua”ya istinadən xəbər verir ki, analitik cəbhəyə ən yaxın, təxminən beş kilometrlik ərazidə hərəkətin dronlarla sürətlə aşkarlandığını və hədəfə alındığını bildirir.

Molenin təhlilinə görə, bəzi istiqamətlərdə, o cümlədən Pokrovsk, Hulyaypole və Siversk ətrafında piyadalar ön xətdən daha uzaqda da dron hücumları ilə üzləşirlər.

Təxminən 30 kilometrədək dərinlikdə FPV-dronlar hərbi kolonları və şəxsi heyətin cəmləşdiyi yerləri hədəfə alır. Daha uzaq məsafələrdə isə təyyarə tipli pilotsuz aparatlardan istifadə olunur. Onların hədəfləri arasında yük avtomobilləri, dəmir yolu daşımaları, sursat anbarları və arxa bazalar göstərilir.

Analitikin qənaətincə, bu dəyişiklik Rusiya ordusunun təchizatını, bölmələrin yerdəyişməsini və cəbhəyə yaxın ərazilərdə təhlükəsiz hərəkətini çətinləşdirir.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zelenski sülh naminə böyük bir güzəştə razılaşdı

redaktor

İsraildə RAAM ərəb partiyasının sədri Mənsur Abbas HƏMAS-ı açıq şəkildə terror təşkilatı kimi tanıdığını bildirib

redaktor

İrəvanın ermənilərə güzəşt edilməsi: Tarixi şərait, siyasi məsuliyyət və qərəzli yanaşma

redaktor