DünyaSiyasət

“Putin dünya siyasətinin qrossmeysteri deyil” — Makfoldan Kuşnerə sərt cavab

ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol Donald Trampın kürəkəni və sülh danışıqlarında iştirak edən Cared Kuşnerin Vladimir Putin haqqında tərifli fikirlərini tənqid edib.

Tacxeber.com “Mediaite” nəşrinə istinadən xəbər verir ki, Kuşner müsahibəsində Rusiya prezidentini siyasətin “qrossmeysteri” və tarixi şəxsiyyət adlandırıb, onun görüşlərə hazırlığını yüksək qiymətləndirib.

Makfol isə noyabrın 25-də “X” platformasında bu yanaşmaya etiraz edib. Keçmiş səfirin fikrincə, Rusiya Avropa ilə dinc inteqrasiya və demokratik inkişaf yolunu davam etdirsəydi, böyük dünya gücünə çevrilə bilərdi. O, Putinin bu imkanı məhv etdiyini bildirib.

Diplomat az tanınan kəndləri ələ keçirmək naminə öz vətəndaşlarının kütləvi ölümünə səbəb olan rəhbərin böyük lider sayıla bilməyəcəyini vurğulayıb.

Makfol Putinlə danışıqlarda şəxsən iştirak etdiyini, onun işinin təşkilində və qeydlər aparmasında qeyri-adi heç nə görmədiyini də qeyd edib. Onun qənaətincə, ABŞ nümayəndələrinin qarşı tərəfə bu dərəcədə heyranlıq göstərməsi danışıqlardakı mövqelərini zəiflədir.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor