MaraqlıPlanet

Okeanın altı kilometr dərinliyində gözlənilməz vulkan püskürməsinin izləri tapılıb

Sakit okeandakı Mariana çökəkliyi yaxınlığında dəniz səthindən 6148 metr aşağıda partlayışlı vulkan püskürmələrinin izləri kimi qiymətləndirilən süxurlar aşkarlanıb.

Tacxeber.com “Frontiers in Earth Science” jurnalına istinadən xəbər verir ki, Robert Sternin rəhbərlik etdiyi tədqiqatçılar nümunələri uzaqdan idarə olunan “Jason/Medea” sualtı aparatı ilə toplayıblar. Ekspedisiya 2024-cü ilin sonunda keçirilib, nəticələr isə 2026-cı il noyabrın 23-də dərc olunub.

Alimlər Çellencer dərinliyi yaxınlığında nazik, yastı süxur layları tapıblar. Onların quruluşu yüksək temperaturda bir-birinə qaynaşmış vulkan qırıntılarından — piroklastik materialdan yarandıqlarını göstərir.

Kəşfi qeyri-adi edən həmin dərinlikdəki nəhəng su təzyiqidir. Bu təzyiq maqmadakı qazların genişlənməsini məhdudlaşdırır və qurudakı kimi güclü partlayışların yaranmasını çətinləşdirir. Üstəlik, tapıntının yerləşdiyi sahədə vulkan fəaliyyəti nadir sayılır.

Tədqiqatçılar bunları okeanda indiyədək sənədləşdirilmiş ən dərin piroklastik süxurlar kimi təqdim edirlər. Lakin püskürmə mənbələri hələ tapılmayıb və prosesin necə baş verdiyini müəyyənləşdirmək üçün əlavə araşdırma lazımdır.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bir milyon dollar qazandı, altı gün sonra miqrasiya polisi saxladı

admin

İstanbulda aslan həyəcanı: sakinlərə evdən çıxmamaq çağırışı edilib

admin

“Kəpəz” – “Qarabağ” oyununa cəmi 500 bilet qalıb

admin