Fransada Daxili İşlər Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşının Marin Le Penin “Milli Birlik” partiyasına məxfi istintaq məlumatları ötürməsi şübhəsi araşdırılır.
Tacxeber.com “Euronews”a istinadən xəbər verir ki, şübhələr hazırda Sentr-Val-de-Luar regionunun prefekti olan Hüq Mutu ilə bağlıdır. “Le Monde”un məlumatına görə, söhbət partiyanın 2022 və 2024-cü il seçki kampaniyalarının maliyyələşdirilməsinə dair araşdırmalar barədə məlumatlardan gedir.
Daxili işlər naziri Loran Nünez iddiaların təsdiqlənəcəyi təqdirdə çox ciddi olduğunu bildirib. İstintaq çərçivəsində noyabrın 9-da partiyanın qərargahında axtarış aparılıb. Noyabrın 20-də yayılan məlumata əsasən, həmin vaxt heç kimə rəsmi ittiham irəli sürülməmişdi.
Marin Le Pen noyabrın 22-də məxfi məlumat aldığını rədd edib. Bununla belə, o, partiyanın digər üzvlərinin belə məlumatlardan yararlanıb-yararlanmadığını deyə bilməyəcəyini bildirib.
