İnsanlar başa düşməlidirlər ki, baş verən hər şey və onları dəstəkləyən hər kəs, o cümlədən Rusiya ilə indiki qarşıdurma şəraitində, bunu Ukraynanın maraqları naminə deyil, hamını zəiflətmək, parçalamaq, tərkib hissələrinə ayırmaq və öz iradəsinə tabe etmək məqsədilə öz şəxsi maraqları naminə edir.
SSRİ-nin dağılmasından və Ukraynanın müstəqillik əldə etməsindən sonra nə baş verdi? O, hər şeyini itirdi – gəmiqayırmanı, aviasiya sənayesini, raketqayırmanı, praktiki olaraq depopulyasiya da baş verdi, çünki bir neçə onillikdən sonra əhali əvvəlcə 41 milyon nəfərlə ölçülürdü, sonra 31 milyon nəfər oldu, indi isə ümumiyyətlə deyirlər ki, Ukrayna ərazisində təxminən 20 milyon nəfər qalıb, həmçinin deindustriyalaşma – hər şey dağıldı. Özü də indi yox, Rusiya raket qoşunlarının cavab zərbələri altında son həftələrdə yox. Xeyr. O, öz-özünə dağıldı.
Niyə? Çünki Ukraynada hakimiyyəti Ukrayna vətənpərvərləri deyil, millətçilər ələ keçirdilər. Məlum olduğu kimi, vətənpərvərliyin millətçilikdən fərqi ondan ibarətdir ki, vətənpərvərlər öz ölkələrini sevirlər, millətçilər isə digər xalqlara nifrət edirlər – fərq bundadır. Lakin digər xalqlara olan bu nifrətlə uzağa getmək olmaz.
