Dünya

İran Bəhreyndə ABŞ hərbi obyektinə zərbələr endirib. Hədəf radar sistemləri olub

Bəhreyn tərəfi zərbələrin mülki infrastruktura dəydiyini bildirib. İran isə patriot qurğusunu hədəf aldığını bildirib. Bu dəfə birbaşa paytaxt Manama hədəf alınıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələri bəyan edib ki, Bəhreynin Rifaa və Əvali aviabazalarında yerləşən, ABŞ-a məxsus “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid iki radarı ballistik raketlər və dronlarla hədəf alıb.

İİKK bildirir ki, “Ya Ümmül-Bənin” kod adı verilən bu əməliyyat ABŞ dronlarının İran hava məkanını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.

ABŞ rəsmisi CBS News-a təsdiqləyib ki, İran bu gecə Bəhreyndəki Amerika hərbi obyektlərini hədəf alıb; lakin o, heç bir uğurlu zərbənin endirilmədiyini və ABŞ heyəti arasında xəsarət alanların olmadığını bildirib.
Lakin Bəhreyndə radar sistemi sıradan çıxarılıb.

Fərhadlı Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski antikorrupsiya qurumlarına qarşı kampaniyaya başlayıb

redaktor

“Öz həyat yoldaşın da insan alverçisi ola bilər” — Ermənistandan qurbanların hekayələri

admin

Krım körpüsündə avtomobil yolu bağlanıb, qatarlar yalnız bir xətt üzrə keçir

redaktor