Cəmiyyət

Pensiya alan əlillərin sayında 129 minə yaxın azalma. Niyə, cavab yoxdur…

Hesablama Palatasının DSMF-nin 2027-ci il büdcə layihəsinə verdiyi rəydə yazılıb:

Azərbaycanda 2021-ci il yanvarın 1-dən 2026-cı il iyulun 1-dək əlilliyə görə əmək pensiyası alanların sayı 373 809 nəfərdən 245 187 nəfərə enib. Bu, 128 622 nəfər və ya 34.4 faiz azalma deməkdir.

Həmin dövrdə ölkədə əmək pensiyaçılarının ümumi sayı 1 228 829 nəfərdən 1 099 979 nəfərə düşüb. Beləliklə, beş il yarım ərzində pensiyaçıların sayı ümumilikdə 128 850 nəfər və ya 10.5 faiz azalıb. Bu azalmanın 128 622 nəfəri əlilliyə görə əmək pensiyası alanların payına düşüb. Göstəricilərin müqayisəsinə əsasən, həmin kateqoriya ümumi azalmanın 99.8 faizini təşkil edib.
Yaşa görə əmək pensiyası alanların sayı 716 222 nəfərdən 716 025 nəfərə enib. Bu kateqoriyada azalma 197 nəfər və ya təxminən 0.03 faiz olub.
Ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı isə 138 798 nəfərdən 138 767 nəfərə düşüb. Azalma 31 nəfər və ya təxminən 0.02 faiz təşkil edib.
Rəydə əlilliyə görə əmək pensiyası alanların sayındakı azalmanın səbəbləri ayrıca açıqlanmır.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstandan 74 əcnəbi deportasiya edilib — aralarında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir

admin

Deputatlarımız Rembo rolunda…

redaktor

Böyük gələcək kiçik rəqəmlərlə və cüzi təsəllilərlə qurulmur!!

redaktor