CəmiyyətHadisə

Gürcüstandan 74 əcnəbi deportasiya edilib — aralarında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 74 əcnəbini ölkədən çıxarıb. Deportasiya olunanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

Tacxeber.com “Report” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbirlər nazirliyin müvafiq struktur bölmələri ilə birgə həyata keçirilib.

Ölkədən çıxarılanlar arasında Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan, Rusiya, Belarus, Hindistan, Pakistan, Çin və digər ölkələrin vətəndaşları da var.

Nazirliyin açıqlamasına əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub. Yayılan məlumatda Azərbaycan vətəndaşlarının dəqiq sayı, deportasiyanın fərdi səbəbləri və giriş qadağasının müddəti göstərilməyib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Deputatlarımız Rembo rolunda…

redaktor

İstanbul–İrəvan arasında ilk müntəzəm yük reysi həyata keçirilib

admin

Krım körpüsünə ardıcıl ikinci gecə hücum: hərəkət yenidən dayandırılıb

admin