DünyaSiyasət

Gitanas Nauseda İlham Əliyevdən siyasi təqibləri dayandırmağı tələb edir

Dublində İlham Əliyevlə görüşən Litva Prezidenti Gitanas Nauseda Azərbaycanla Avropa İttifaqı arasında vizasız rejimə keçidin Aİ-nın maraq dairəsində olduğunu deyib. Bu məsələni Nausedanın qaldırması təsadüfi deyil. Bu ilin 12 noyabr tarixindən etibarən Litva Mərkəzi Asiya ölkələrindəki konsulluq şöbələrini bağlayıb, artıq bu ölkələrin vətəndaşları ölkələrindəki Litva konsulluğunda viza ala bilmirlər.

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Rusiya və Belarusdan Litvaya iş üçün gələnlərin sayı 95% azalıb. Litva bunu Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə kompensasiya etməyə çalışsa da, işçi çatışmazlığı hər il artır. İndi də Mərkəzi Asiyada viza şöbəsi bağlandı.

Belə olan halda Litvanın işçiyə olan tələbatı 1-ə 5 artıb. Nauseda da elə buna görə istəyir ki, Azərbaycanla vizasız rejim olsun və azərbaycanlılar Litvadakı işçi bazarındakı boşluğu doldursun. Vizasız rejimin olması üçün əsas şərt isə Azərbaycanda tənqidi fikirlərinə görə insanların təqibi və həbsi dayandırılmalıdı, siyasi məhbusların hamısı azadlığa buraxılmalıdır.

Nausedanın həbsdə olan müxalifətçilərə, jurnalistlərə canımı yanır?
Xeyir!

İş burasındadır ki, siyasi təqiblər dayanmadan vizasız rejimə keçilsə, Litvaya axın edən Azərbaycan vətəndaşlarının siyasi sığınacaq almaq üçün tutarlı əsasları olacaq. Nauseda daha çox öz ölkəsini düşünür, istəyir ki, ölkəsinə işçi qüvvəsi axın etsin. Azərbaycandakı mövcud situasiya isə buna əngəldir. Litva digər Avropa İttifaqı ölkələri kimi ölkəsində tənqidi fikirlərinə görə təqib olunan şəxslərə sığınacaq verir. Nauseda da Əliyevə deyir ki, indiki şərtlərlə vizasız rejimə keçid heç bir halda mümkün deyil, ölkəndəki siyasi təqibləri dayandır ki, vizasız rejim açılsın Avropa İttifaqı və Azərbaycan arasında.

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkian İranda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağına söz verib

redaktor

Növbəti “Tramp danışıqları” nəticəsi nə oldu?

redaktor

Ağır əməliyyat keçirmis siyasi məhbusun dərhal həbsxanaya qaytarılması dəhşəti

redaktor