Elə hisslər var ki, zaman keçdikcə, rənglər solduqca və xatirələr dumanlandıqca adiləşir. Yaddaşdan pozulan xatirələr sevgi deyilən hissi də yox edir. Lakin insanın ruhunu bütövləşdirən, zamana, məsafələrə və hətta ölümə meydan oxuyan mənəvi bir zirvə olan sevgilər var ki, burada zaman hissi itir. Bu cür sevgidə insan heç bir fiziki qarşılıq, səs, baxış və ya ümidverici xəbər almadan bir ömrü fəda edir.
Belə sevgilərdən biri də 44 günlük qələbədən sonra 32 illik sevgini bütöv edir. Biri torpaq altında biri torpaq üstündə yaşayan sevgi kimi.
Mehman və Sevda sevgisi kimi……
Şəhid Musayev Mehman Camal oğlu 1964-cü il iyunun 5-də Kəlbəcər rayonunda dünyaya göz açmışdı. Həyatının ən gözəl günlərindən biri Sevda xanımı görmək, ən böyük qələbəsi isə 11 ildən sonra onu evlənməyə razı salması idi. Mehman çox xoşbəxt idi. Sevdası ilə bir ömürə ayaq qoyacaq idi .lakin düşmən ayaqları Qarabağı tapdaq edirdi və Mehman Vətən sevgisini ödəməyi seçdi.
Ağdam. 1993-cü il. Sevda Mehmanın yola salmağa gəlib. Sevda başa düşür ki, Mehmanın onunla xöşbəxt olmasına gedən yol Vətənin xoşbəxt olmasıdır və buna görə sevdiyinin əllərini sıxaraq:
“Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyik”-deyir. Mehmanı yola salan gözlər birdə onu 32 ildən sonra gördü…
1993-cü ildə Kəlbəcər ətrafında gedən ağır döyüşlərdə itkin düşən Mehmanın Sevda 2025-ci ildə qarşıladı…Çiyinlərdə ..
Düz 32 il…..
Hər dəfə qohum, tanış, yaxın, qonşu üçün Vağzalı sədası eşidəndə pəncərəyə qaçdı, göz yaşlarını içinə axıtdı. Heç vaxt başqa bir ələ toxunmadı, heç vaxt başqa bir gözə baxmadı. O, gəlinlik geyinmədi, amma Mehmanın xatirəsinə bürünüb bir ömür boyu onun mənəvi xanımı oldu.
44 günlük Zəfər müharibəsi təkcə torpaqları azad eləmədi. 32 il susan gözlərə yaş gətirdi…Sevda xanımın deyəcəyi bir söz oldu:
“Mən sənə verdiyim sözü tutdum, Mehman… Bir ömür boyu səni gözlədim, sənin adına, sənin sevgine layiq yaşadım. İndi ruhun şaddırsa, mən də hüzurluyam…”
44 günlük qələbəmiz Sevda xanımı sevdasına qovuşdurdu. Artıq gözləməyə gözlər yox ziyarət etməyə bir məzar var. Sevda xanım sizinlə fəxr edirik. Mehmanı Sizə qaytaran Vətən övladlarının böyük qələbələrindən biri də budur. Sizi Mehman qovuşdurmaq.
