DünyaSiyasət

Rusiya Ukraynada məktəbləri və xəstəxanaları vurur – 26 nəfər həlak olub

Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətindəki Kamışevaxa kəndinə hava hücumu həyata keçirib.

Hücumla bağlı bəyanat yayan Ukrayna Prezidenti Volodimir Zelenski 26 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, ilk bombalar səhər saatlarında humanitar yardım paylanmaq üçün istifadə edilən məktəbə atılıb. Daha sonra insanların yaşadığı sığınacağa da hücum olub. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, ölənlər arasında iki xilasedici və dörd polis əməkdaşı da var.

Humanitar yardım paylama məntəqəsinin bombalanmasının ətraf kəndlərdən insanların çörək almağa gəldiyi səhər saat 10 ilə 11 arasında baş verdiyi bildirilir. Hücum nəticəsində İnzibati Xidmətlər Mərkəzinin əməkdaşı və humanitar qərargahın rəhbəri də həlak olub.

İki xilasedici də daxil olmaqla beş nəfər xəstəxanaya yerləşdirilib. Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Mixail Semikinin sözlərinə görə, daha 20 nəfərin taleyi məlum deyil. O deyib ki, Rusiya qüvvələri Kamışevaxanın mərkəzinə qəsdən ən azı doqquz “FAB-3000” idarə olunan hava bombası atıb. Dağıntıların təmizlənməsi davam edir. Bu gün Zaporojye vilayətində matəm günü elan edilib.

“Bu Rusiya hücumunun qurbanlarının əksəriyyəti humanitar yardım üçün gələn mülki şəxslər və ilk hücumdan sonra artıq onlara kömək etməyə gələnlər idi. Ruslar bunun mahiyyət etibarilə humanitar bir obyekt olduğunu bilirdilər. Dünyanın buna reaksiya verməsi vacibdir”, – deyə Zelenski bildirib. (AzPolitika)

 

Tacxeber.com

Oxşar xəbərlər

İran Azərbaycana növbəti dəfə hücum edə bilər

redaktor

Nüvə radiasiyası Türkiyə və Azərbaycana ciddi ziyan vura bilər

redaktor

“Qulaq as, sənin üçün vaxtımız yoxdur”: Şoyqu Avropanı hibrid müharibə ilə hədələdi

redaktor