ABŞ-nin yaxın vaxtlarda İrana qarşı taktiki nüvə silahından istifadə edəcəyi barədə xəbərlər yayılıb.
Bu xəbəri ilk olaraq amerikalı jurnalist Taker Karlson yayıb. O iddia edib ki, Benyamin Netanyahu İrana qarşı nüvə silahından istifadə etməsi üçün Donald Trampa təzyiq edir. Çünki 90 metr dərinlikdə beton bunkerdə yerləşən uran zənginləşdirmə obyektinə zərbə endirməyin başqa yolu yoxdur.
Amma ABŞ hökuməti və şəxsən Tramp nüvə zərbələrini istisna edir. ABŞ İrana qarşı GBU-57 MOP (Massive Ordnance Penetrator) və GBU-43/B MOAB (“Bombaların anası”) kimi silahlardan istifadə etməyə hazırlaşır. Bu silahlar qalın divarlı bunkerləri dəlib dağıtmaq üçün hazırlanıb. (Bizim Yol)
