Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə Yevlax şəhr stadionunda “İmişli” “Şamaxı”nı qəbul edəcək.
Turun mərkəzi qarşılaşması olan “Sabah” – “Qarabağ” oyunu da bu günə təsadüf edir. Hazırda “Sabah” 19 xalla lider, “Qarabağ” isə 17 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib. Bu görüş çempionluq uğrunda mübarizə aparan hər iki komanda üçün olduqca əhəmiyyətlidir.
25 oktyabr (bazar)
15:00. “İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu
18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan.“Dalğa Arena”
Turun digər nəticələri
“Neftçi” – “Turan Tovuz” – 1:1
“Şəfa” – “Kəpəz” – 1:2
“Araz-Naxçıvan” – “Qəbələ” – 1:2
“Zirə” – “Sumqayıt” – 3:2

Bombardirlər:
Breno Almeyda (“Neftçi”) – 8 qol
Coy-Lens Mikels (“Sabah”) – 5 qol
Aleksey Kaşuk (“Qarabağ”) – 4 qol (Qol.az)
Tacxeber.com
Bizimlə əlaqə: [email protected]
