15 C
Bakı
25 Oktyabr 2026 20:43
DinDünyaSiyasət

Avropada İranın dini-siyasi təsir şəbəkələri – III hissə

Berlinin İmam Rza Mərkəzi: dini ibadət, yoxsa siyasi təsir?

Əvvəlki yazımızda Almaniyanın democ və American Jewish Committee Berlin təşkilatlarının araşdırmasına əsaslanaraq, İran hakimiyyətinə yaxın dini-siyasi şəbəkələrdə Azərbaycan və Türkiyə mənşəli qrupların rolundan bəhs etmişdik. Bu dəfə diqqətimizi Berlindəki İmam Rza İslam Mərkəzinə yönəldirik.

Almaniyanın taz qəzetinin 2026-cı ilin oktyabrında dərc etdiyi məlumata görə, Berlindəki İmam Rza Mərkəzi əsasən Azərbaycan mənşəli şiələrdən ibarət dini-siyasi şəbəkənin mühüm mərkəzlərindən biridir. Araşdırma müəllifləri bildirirlər ki, 2024-cü ildə Hamburq İslam Mərkəzinin qadağan edilməsindən sonra bu şəbəkənin əhəmiyyəti artıb.

Diqqətçəkən hadisələrdən biri 1 mart 2026-cı ildə baş verib. Almaniyanın Tagesspiegel qəzetinin məlumatına görə, Berlinin Neukölln rayonundakı İmam Rza məscidində İranın ali dini rəhbəri Əli Xameneinin ölümünə həsr olunmuş anım mərasimi keçirilib. Təxminən 100 nəfərin iştirak etdiyi mərasimlə eyni vaxtda məscidin qarşısında İran hakimiyyətinin təxminən 150 əleyhdarı etiraz aksiyası təşkil edib. Berlin polisi hadisəni təsdiqləyib.

Bu hadisə göstərir ki, mərkəzdəki fəaliyyət yalnız dini ibadətlə məhdudlaşmır, İranın siyasi-dini rəhbərliyi ilə bağlı mərasimlər də keçirilir. Bununla belə, mərkəzin birbaşa Tehran tərəfindən maliyyələşdirildiyi və ya idarə olunduğu barədə ayrıca təsdiqlənmiş sənəd təqdim edilməyib.

Əsas sual açıq qalır: Almaniyada Azərbaycan mənşəli bu dini-siyasi şəbəkənin Müsəlman Birliyi Hərəkatı və Hayhat ilə təşkilati əlaqələri varmı? Varsa, bu əlaqələr hansı formada qurulub?

Növbəti hissədə Türkiyə mənşəli Muhammed Avcı şəbəkəsini, onun Almaniyadakı fəaliyyət mərkəzlərini və İran hakimiyyəti ilə ideoloji əlaqələri barədə araşdırmaları təqdim edəcəyik.

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Özbəkistanın TDT hesabı: Ankara zirvəsi təxirə salına bilər

redaktor

Trampın Ukrayna siyasətinin arxasında nə dayanır?

redaktor

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin