DünyaGündəmSiyasət

Marko Rubio İran heyətini ABŞ-dan “qovub”

Axios-un məlumatına görə, ABŞ Dövlət Katibi Marko Rubio, Vaşinqton və Tehran arasında danışıqlar nəticə vermədikdən sonra İran nümayəndə heyətindən ABŞ-ı tərk etməsini istədiyi bildirilir. Nümayəndə heyətinə İranın xarici işlər naziri Abbas Əraqçi də daxildir.

Adı çəkilməyən ABŞ rəsmisinin nəşrə bildirdiyinə görə, İran nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları başa çatdıqdan sonra belə Nyu-Yorkda qalıb, bu da Rubionun qəzəbinə səbəb olub. Rubio yanındakı rəsmilərə “Onların getmə vaxtı gəlmişdir”, – deyib İran rəsmilərinin ölkələrinə yola salınmasını tələb edib.

Associated Press agentliyi də faktı təsdiqləyib. Nəşr iki ABŞ rəsmisinə istinadən bildirib ki, Rubio Əraqçi və onun nümayəndə heyətindən planlaşdırılandan daha tez Nyu-Yorku tərk etmələrini istəyib. Əraqçinin ABŞ ilə dolayı danışıqları davam etdirmək üçün Nyu-Yorkda qaldığı bildirilir.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkian İranda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağına söz verib

redaktor

Növbəti “Tramp danışıqları” nəticəsi nə oldu?

redaktor

Ağır əməliyyat keçirmis siyasi məhbusun dərhal həbsxanaya qaytarılması dəhşəti

redaktor