Rusiya prezidenti Vladimir Putin deyəsən yanacaq-energetika sistemində yaranmış böhranı “aradan qaldırmağın” yolunu tapıb. O, sentyabrın 28-də ölkənin yanacaq-energetika sahəsinə aid məlumatlara çıxışı məhdudlaşdıran fərman imzalayıb.
Sənədə əsasən, neft emalı zavodlarında emal olunan xammalın və istehsal edilən yanacağın həcmi, benzin və dizelin satışı, onların daşınma marşrutları barədə məlumatlar məxfiləşdiriləcək.
Azadlıq radiosu bildirir ku, bu məlumatların mediada və internetdə açıq şəkildə yayılması qadağan edilir. Fərmana görə, yanacaq sektoru ilə bağlı məlumatlara çıxış “ABŞ və ona qoşulmuş xarici dövlətlərin, habelə beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqazidd hərəkətlərinə cavab olaraq” məhdudlaşdırılır. Xarici dövlətlərin konkret hansı addımlarının bu qərara səbəb olduğu açıqlanmır.
QEYD: əgər Putin bu fərmanla energetika obyektlərini Ukraynadan gizlətmək istəyirsə xeyri yoxdur, dronlar hamısının yerini bilir..
