Tanınmış jurnalist Əvəz Zeynallı ağır, əziyyətli xərçəng xəstəliyindən vəfat etdi. Xüsusən də, son nəfəsinəcən bu, dəhşətli bəla qarşısında mübariz duruşu ilə cəmiyyətin diqqətini çəkdi. Allah rəhmət eləsin, məzarı aydın, işıqlı olsun.
Əvəz bəydəki xəstəlik həbsdə olarkən məlum edilib. Həbsinin nə dərəcədə qanunilyi haqda 2022-ci il istintaq-məhkəmə dövrü öz, hüquqi fikrimi bildirmişəm. Xəstəliyi barəsindəsə, bir məhkəmə tibbi-ekspert ixtisaslı kimi bildirim.
Obyektiv deyim, bəzi fikirlər ki, Əvəz Zeynallı həbsxanada bu xəstəliklə zəhərləndirilib, ya, xəstəlik hansısa yolla onda qəsdən yaradılıb, tibb elminə heç uyğunsuz əsassız iddialardır. Xərçəng yoluxucu, ya yaradılan xəstəlik deyil, daxili morfoloji patalogiadır. Hamıda ola bilir.
Bununla belə, Əvəz Zeynallı məhkum olduğu həbsxanaya qınağımı bildirim. Həbsxanadakı dustaqlar vaxtlı-vaxtında tibbi müayinələrdən keçirilməlidirlər. Bu vacib mütləqdir. Çünki bu vətəndaşlar istədikləri vaxt, istədikləri klinika, tibb müəssisələrində azadca gedib, müayinə, müalicəni almaq məhdudiyyətindədirlər. Yəni onların həyat-sağlamlığı Penitensiar Xidmətin səhiyyə strukturunun əlində, yəni insafındadır.
Əvəz Zeynallıdakı xərçəng azı, 4-cü stadiyada (bəlkə 6) məlum olub, müayinə ilə yox, kəskin ağrıların hesabına. Və bir ixtisaslı kimi deyim, heç olmasa əvvəl, 2-ci stadiyada aşkar edilsə, elmi təsdiqlə xərçəng müalicəsi 70% mümkün idi, bu da olmasa, azı 5 il ömrü uzadıla bilərdi.
Müraciətim cənablar, Ədliyyə Naziri və nazirlik tərkibindəki Penitensiar Xidımətin rəhbərinədir. Vətəndaş həbsinin fəlsəfə, nəzəriyyəsi, nədir?! Onun etdiyi qanun pozuntulu əməl üzrə cəzası və həm islahıdır ki, azad cəmiyyətə qayıdıb da sağlam ömür, doğru fəaliyyətinə davam etsin!
Həbs, məhkum vətəndaşın sağlamlığına cəza üçün nəzərdə tutulmur, dünyada və hər yerdə. Yaxşı olardı ki, Prokurorluq bu dəfəki konkret fakt üzrə araşdırma aparmasa da, belə vacib prinsipi diqqətə alıb, səlahiyyət nəzdinizdəki Tibb İdarəsinə nəzarəti artırasınız. Çünkü, bu səpkili şikayətlər müşahidə olunur ki, az deyil.
