CəmiyyətDinTəhsil

Vahid məktəb forması: Qanun hamı üçün eyni olmalıdır

Xəbərlərə görə, Azərbaycan hökuməti təhsil məktəblərində müəllim və şagirdlərə xüsusi vahid məktəb geyim forması tətbiqi ilə bağlı qərar qəbul edib. Bu barədə çox müzakirələr gedir. Xüsusən də qızların hicab geyimi üzrə.

Fikrimcə, məktəblərdə ümumi, forma geyimi pozitiv haldır. Əvvəla, məktəb bir sistemdir, ölkənin təhsil sistemini tənzim edən nazirlik  yəni mərkəzi icra orqanının nəzarətində olan.  Və əgər, dövlət Konstitusia üzrə dünyəvi tipli quruluşludursa, məktəblər də dünyəvi yönlü təhsil və tərbiyə verir, verməlidir. Və belə bir təhsil ocağında da qayda və intizam təbii ki, dünyəvi səpkili olur. Başqa necə ola bilər ki?

Dini teokratik dövlətlərdə isə, bəli, qaydalar, intizam, geyim fərqlidir və olmalıdır, söz yox.

Şagirdlər və müəllimlərin vahid sistem üzrə geyim forması az-çox qədər məktəbə təhsil, elm mühiti gətirə bilir. Müəllim və şagirdlərin özlərini belə mühitdə hiss etməsi davranış, tərbiyə, daxili münasibətdə müsbət psixoloji təsiriə səbəb ola bilər. Məktəb aurası bilinər.

Belə vahid geyim xeyli ölkələrdə, Almaniyada var. Çar dövründə, 19-cu əsrdə millətimiz üçün neçə işıqlı ziyalı yetişdirən gimnaziyaar vardı, onların da vahid geyim forması var idi. 150 il əvvəl! (Bunu şkiəkildə faktla təqdim edirəm).

İndi, 21-ci əsrdə, 150 il sonra, kimsə çıxıb deyə ki, mən dövlətin vahid forma qərarını saymıram, uşağımı inadla yarıçılpaq və ya hicablı, çadralı göndərəcəm məktəbə, bu artıq bu dövləti, xalqı saya almamaq, həm qanunsuzdur. Belə olmaz. İranda, Ərəbistanda demək olar ki, mən qızımı çadrasız, niqabsız göndərəcəm məktəbə? Yox.

Ancaq, burada bir məsələ də var. Hər dövlətin yeniliyinin əsasında yalnız, sadəcə söhbət və yaxud qərar deyil, az-çox da olsa müəyyən bir büdcə xərclər planı da dayanır. Dayanmalı ki,  kütləvi miqyaslı qərarın icrası təmin olunsun, yəni, hansı reallıq, imkanla həyata keçiriləcək?

Düşünürəm ki, belə məsələdə maddi durumu aşağı olan, üstəlik də “uşaq pulu” da almayan ailələrə məktəbli formasının alışında köməklik vəsaiti ayrılmalıdır. Bu hal da qərarlarda əksini tapmalıdır. Və o cümlədən də, maaşı az olan, müəllimlərə, vahid müəllim forması almaqda köməklik olmalıdır yəqin ki, bu proses getsin.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Deputatların və dövlət qulluqçularının pensiya sistemi dəyişir

redaktor

Vətəndaşa yarış yox, normal yaşayış formulu lazımdır

redaktor

Nəqliyyat islahatı, yoxsa idarəçilik böhranı?

redaktor