Kriminal

Martin Ryan əfv edildi, Azad Məmmədli niyə yox?

Azərbaycanda Fransa vətəndaşı, casusluqda ittiham ilə 10 illik həbsdə olan Martin Ryanın prezident İlham Əliyev tərəfindən əfv edilməsi ölkə və xaricində xeyli suallara, müzakirələrə səbəb olub. Bu barədə ixtisaslı fikrimi deyim.

Əfvin səbəbi barədə əsasən, iki yanaşma var. Bir tərəfdən səbəb kimi Azərbaycanın Fransa ilə anlaşması və Avropa İttifaqının da rusiyalı- özbək milyarder Alişer Usmanovu öz sanksiya siyahısından çıxarmasının əvəzi kimi iddialar irəli sürülür. Azərbaycanın hökuməti isə, əfvin səbəbi olaraq, humanizm prinsiplərinin əsas götürüldüyünü bəyan edir.

Şəxsən, ötən 2O25-ci ildə mühakiməsi gedən bu iş barədə elə də tanış deyiləm və müstəqil araşdırma aparıb maraqlanmamışam. Və bu işin istintaqı və mühakiməsinin necə və hansı prosessual qaydada aparılması və ya cəzalar verilməsi ədalətliliyinə qarşı iradım da olmaz.

Amma, bu işdə diqqət çəkən bir məsələ vardır. Məsələ ətrafındax bu gün, gedən müzakirələri və medianı müşahidədə nədəndirsə, adı qeyd edilməyən, lakin Martin Ryanın cinayət işi və mühakiməsini arayanda, bir azərbaycanlının, hüquqşünasın da adı vardır: Azad Məmmədli.

Azad Məmmədli də Martin Ryanla birgə eyni cinayət işində ittihamla istintaq edilib, birlikdə eyni məhkəmələri olub, Ryana CM 276-cl mad. ilə 10 il, Məmmədliyə CM 274-cü maddə ilə 12 il iş verilib. Olsun, hər halda buna da sual yox.

Sual ondadır ki, eyni cinayət işində, əsasən də, eyni xarakterli əməllərlə təsbitli maddələrlə də həbs edilən Fransa vətəndaşı əfvə düşür, lakin Azərbaycan vətəndaşı yox. Niyə? Nədir, Azadın Martinin əvfinə yetməyən qüsuru, özü də ki, bir halda ki, Martin özü işin mərkəzində, bu əmələ Azadı da cəlb edən təşkilatçı və vasitəçi olub!

Əgər ölkə və xaricdə iddia olunan kimi, Martin Ryanın əməli özbək oliqarx Əlişir Usmanovun, ya Fransanın xatirinə bağışlanılırsa, onda Azad Məmmədlinin də əməli ailəsi, doğmalarına, ya Azərbaycana bağışlansın. Rəsmi humanizmlə bağlı olanda, bu humanizm Azada niyə, tətbiq edilməsin? O da insandır, özü də, vətəndaşdır.

Xarici ölkə olan Fransalı olmaq, Martin Ryana Azərbaycanlı olmaqdan hansı üstünlük haqqı verir, bağışlanmaqda? Ədalətli olmur, məncə, bu. Və düşünürəm ki, Azərbaycanın vətəndaşı Azad Məmmədli də əfv edilsə və yaxud, onun cəza müddəti xeyli azaldılarsa, ədalətli olardı.

 

İlqar Altay,
elmi dərəcəli hüquqşünas,
kriminalist və m.t. ekspert.

Tacxeber.com

Oxşar xəbərlər

Mülki yəhudini qətlə yetirən terrorçu xəstəxanada rahat müalicə alır

redaktor

Dini fanatizm, radikalizmdən dini ekstremizm, terrorizmə gedən yol

redaktor

11 sentyabr hücumlarının əsas təşkilatçısının məhkəməsi yenə təxirə salındı

redaktor