Ölkədə hər il Formula-1 keçirilir və böyük əksəriyyət də bundan narazıdır. İşə gedən, məktəbə gedən, həkimə gedən hər kəs əsəbidi, deyinir, bu həngaməni lənətləyir.
Əksəriyyət bu yarışdan zövq ala bilmirsə, bu yarışa görə məktəblər onlayn sistemə keçmək məcburiyyətində qalırsa, insanların gediş-gəliş qrafiki zəlil olursa, bu cəhənnəmdə niyə yanmalıyıq?
Vətəndaşa Formula-1 yox, normal yaşayışın, normal idarəçiliyin formulunu göstərin.
Sosial-iqtisadi vəziyyətin sürətlə pisləşdiyi, qiymətlərin sürətlə artdığı ölkədə, hansısa avtomobilin sürət yığması yaralı barmağa dərman deyil.
Dünyada 190-dan çox ölkə var, amma hər il Formula- 1 təqviminə cəmi 20–24 ölkə daxil edilir.
Norveç, Danimarka, İslandiya, Cənubi Amerika ölkələrinin əksəəriyyəti bu yarışlara ev sahibliyi etməyib.
Fransa, Almaniya, Hindistan, Cənubi Koreya, Portuqaliya və digər ölkələr isə uzun müddətdi bu təqvimdə yer almır.
Ümumiyyətlə, Formula-1 artıq heç bir parametr üzrə göstərici deyil, dövlətin müsbət mənada tanınmasını şərtləndirmir.
Bu gün dünyada onlarla ekstrimal idman növləri var və Azərbaycan bu növlərin heç birində təmsil olunmur.
