Ötən həftə HƏMAS terrorçusu Kadri Samar İsrailə daxil olaraq 6 uşaq atası, mülki şəxs Netanela Şukrunu qətlə yetirb. Terrorçu İsrail ərazisində qarşısına çıxan hər kəsə atəş açırmış . Bu zaman Netanela azyaşlı övladı ilə avtomobildə hərəkətdə olublar. Terrorçu onların maşınını atəşə tutanda ata övladı önündə özünü sipər edərək onu xilas edib, özü isə həyatını itirib.
Ətrafda olan hərbçilərin müdaxiləsindən sonra terrorçu yaralanaraq qaçıb, indi xəstəxanada müalicə alır. Hazırda yəhudilər terrorçunun müalicəsinə mane olmurlar. Baş verənlərin fonunda isə İsrailin ultr sağçı, faşist naziri İtamar Ben-Qvir ölüm cəzasının yenidən gündəmə gətirsə də Netanyahu buna qarşı çıxıb.
Netanyahu nə olur-olsun İsrailin humanist, demokratik prinsiplərə sadiq qalacağını deyir. HƏMAS terrorçuları isə əməlləri ilə yəhudilərə deyir ki, Ben-Qviri seçin , gəlib bizi ət maşınından keçirsin. Seçki öncəsi Ben-Qvirin səs faizləri durmadan artmaqdadır. Onun digər qalmaqallı təklifi isə HƏMAS terrorçularının saxlandığı həbsxanalarla bağlı olub.
Ben-Qvir təklif edib ki, bu həbsxanalarda nəzarətçi işinə yaxınları HƏMAS terrorçuları tərəfindən qətlə yetirilən şəxslər götürülməlidir. İsrail qanunlarına görə yaxın qohumu, ailə üzvü HƏMAS tərəfindən qətlə yetirilən şəxs terrorçuların cəza çəkdiyi həbsxanalarda işləyə bilməz. İtamar isə bunun tam əksini təklif edir.O, deyir ki, zərərçəkənləri həbsxanaya nəzarətçi göndərək, işlərinə də qarışmayaq.
