26 C
Bakı
18 Sentyabr 2026 13:20
Hadisəİqtisadiyyat

“Qarabağ”ın prezidenti bank rəhbəri oldu

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

Tahir Abdolbari oğlu Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib.

Tahir Gozal bu vəzifədə Əhməd Abdolbari oğlu Gozalı əvəz edib. Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir. (APA-Economics)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İki ölüm, cavabsız suallar və nəzarətsiz “zipline”: “Şəki Yaylası”nın arxasında kimlər var?

admin

Kozinoğlunun Elçibəylə görüntüsü yayıldı – Kələki detalı

admin

Niyə Gəncədə sakinlərinin şikayəti təmin olunmur?

admin