Ankara. 16 sentyabr 2026. Türkiyə dövləti müsəlmanların müqəddəs şəhəri Məkkəyə Husilərin pilotsuz aparat bombalı hücumunu qətiyyətlə pisləyən bəyanat yayıb. Bəyan edib ki, Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə bir daha dəstək, həm də həmrəy olduğunu təkrarən bildirir.
Pakistan, BƏƏ və digər varlı varlı ərəb neft dövlətləri də Türkiyənin sərgilədiyi mövqedədir. Ancaq, Səudiyyə Ərəbistanına və onun Qərblə yaxın münasibətlərinə qarşı olan İraq, Suriya, Fələstin və s. xeyli kasıb ərəb ölkələri də var.
İranın tam dəstəklə təmin etdiyi Hüsi proksi qüvvələri Səudiyyə Ərəbistanını iki tərəfdən mühasirəyə alır. Onun neft tankerlırinə həm Fars Körfəzi, həm də Qırmızı dəniz tərəfdən çıxış imkanını məhdudlaşdırır. İran bu işə öz “Hizbullah” qruplaşmalarını da qoşub və belə siyasətlə də ərəb-müsəlman aləmini üz-üzə qoymaqla, onları müharibə həddinə çatdırıb.
Bu işdə İrana öz maraqlarına görə Rusiyanın üzdə görünməyən siyasi və hərbi dəstəyi də şübhəsizdir. Bu olmasa, başı ABŞ və İsraillə savaş həddində çox gərgin qarışıq olan İran ABŞ-ın bölgədə yaxın müttəfiqi Səudiyyə və dünyasına qarşı bu addıma çətin cürət edər.
Nə görünür? Görünən odur ki, ərəb dövlətləri, müsəlman dünyasının milli və dini birliyi və qardaşlığı heç də birmənalı və sabit də deyil. Hətta, qanlı ziddiyyətlidir qədim tarixlərindəki faktlarda olduğu kimi, biri-birinə qarşı iddialı. Bizim türk dövlətlər və xalqlar arası təbii qan istiliyi onlarda yoxdur və tarixən də olmayıb.
Və görünən həm də odur ki, İran fars molla rejimi şiə Xomeynizm ideologiyası ilə, dərin məqsədində müsəlman dünyasına şiə liderliyi və ərəblərə qarşı tarixi düşmənçilikdən heç də çəkməyib. Və bu yöndəki ilk fürsəti qaçırmaz.
İndiki, Səudiyyə İran dəstəkli Hüsi hücumu nə nəticə verə bilər? Çətin, nəsə verə, nizamsız, təminatsız qrupun xaotik hücumu. Bir qədər gərginlik artımı, ABŞ-ın yaxındakı ilkin seçki tədbirindən sonra bu işə müdaxiləsi və digər imkanlı ərəb dövlətlərinin qarışması və ciddi zərbələr və Hüsilərin geri oturdulmasilə sönər bu alov, zənnimcə. Və qalır, ABŞ-İran konflikti.

