İqtisadiyyatSiyasət

Tramp may ayında FED rəhbərini dəyişmişdi ki, faizlər aşağı salınsın, amma ……

Yeni sədr (Kevin Warsh) gəldikdən qısa müddət sonra, bu gün faiz artırılaraq 3,75-dən 4-ə yüksəldilib. Bu, son 3 ildə ilk artımdır.

FED öz qərarlarında siyasi xahiş və ya tələbləri yox, cari iqtisadi vəziyyəti, xüsusən inflyasiya göstəricisini və gözləntilərini nəzərə alır. ABŞ-da inflyasiya avqustda 0,4% artaraq illik 3,4% təşkil edib. FED 2026-cı il üçün inflyasiyanı 3,7% həcmində proqnozlaşdırır, bu səbəbdən il sonuna qədər daha bir faiz artımı gözlənilir.
İnflyasiya və istehlak qiymətləri ABŞ-da seçkilərin nəticələrinə təsir göstərən mühüm faktorlardan biridir. Noyabrdakı Konqres seçkilərində demokratların aşağı palatanı nəzarətə götürəcəyi artıq hər kəs tərəfindən qəbul edilir. Lakin son vaxtlar respublikaçılar üçün Senatın da itirilməsi təhlükəsi yaranıb. (Seçkilərdə Nümayəndələr Palatası bütünlüklə, Senatın isə üçdə biri yenilənəcək). Bəzi ənənəvi “qırmızı” ştatlarda demokrat namizədlərin qələbə ehtimalı ortaya çıxıb. Xüsusən Texasda gənc demokrat Talariko ilə trampçı Pakston arasındakı gərgin rəqabət ölkə miqyasında maraqla izlənilir.

Demokratların hakimiyyətdə olduğu Miçiqanda isə demokrat həkim-epidemioloq Abdulrəhman Mohammed əl-Sayedin ABŞ tarixinin ilk müsəlman senatoru olması ehtimalı var.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Müharibələrin coğrafiyası genişlənir: dünya daha böyük savaşa gedir

redaktor

Gömrük orqanları sahibkarların belini qırır…

redaktor

Rusiyanın general itkisi artır, cəbhədə vəziyyət dəyişir

redaktor