Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyyə “Məkkə paktı”nı imzaladıqdan dərhal sonra Misirin də bu ittifaqa qoşulacağı haqqında fikirlər səslənməyə başladı. Bu fikirlərin yayılmasının əsas səbəbi isə sazişin imzalanmasından bir gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanın Anadolu Agentliyinə müsahibəsində söylədiyi fikirlər olmuşdu.
“Məkkə paktı”nın 2 il 8 aylıq diplomatik fəaliyyətin nəticəsi olduğunu qeyd edən Hakan Fidan Misirin “Məkkə paktını” imzlayan dövlətlərin arasında olmamasını texniki səbəblə izah etmişdi. Eyni zamanda Hakan Fidan Misirin üçlü ittifaqa qoşulacağına əminliyini ifadə edərək belə demişdi: “Mısır da zaten bizim doğal bir ortağımız bütün meselelerde, ben bir sonraki aşamada Mısır’ın da bizim aramızda (ittifakta) olacağına inanıyorum. Zaten şu anda ittifak üyesiymiş gibi davranıyoruz birbirimize, bütün ülkelerle ilişkiler öyle. Orada birkaç tane teknik husus var. Bunlar hayata geçildiği zaman Mısır’ın da olmaması için hiçbir sebep yok. Ama bölgesel dörtlü önemini koruyor. Mısır önemli bir ülke, bu konuda ne Pakistan’ın ne Suudi Arabistan’ın bir görüş ayrılığı yok.”
Siyasi prosesləri azacıq təhlil etmək qabliyyəti olan hər kəs Hakan Fidanın bu sözlərini şübhə ilə qarşılamışdı. Çünki, 2 il 8 aylıq bir müddətin yekunu olan alyansa Misirin qoşulmaması texniki səbəblə izah edilməsi qeyri-ciddi izah idi.
“Məkkə paktı”nın imzalanmasından bir neçə gün sonra Hakan Fidanın Qahirəyə iki günlük səfəri də Misirin üçlü alyansa qoşulmasını təmin etməyə xidmət edirdi.
Hakan Fidanın ağzından çıxan hər söz ilahi vəhy kimi qəbul edənlərdən fərqli olaraq Türkiyə Xarici İşlər Nazirinin Misirlə bağlı sözlərinin əsasının olmadığını, Qahirəyə səfərinin heç bir nəticə verməyəcəyini TNS youtebe kanalında və digər platformalarda bəyan edəndə bir çoxları mənə irad tutaraq yazırdılar ki, Hakan Fidandan çox bilirsən?
“Məkkə paktı”nın imzalanmasından bir aydan artıq vaxt ötür və Misir üçlü ittifaqa qoşulmaq üçün heç bir təşəbbüs göstərmədiyi kimi, məsafə saxlamağa çalışdığı aydın görünür.
Hakan Fidanın Qahirəyə iki günlük səfərindən sonra Aralıq dənizi sahilində Misirin turizm incisi kimi bilinən Əl-Əlameyn şəhərində Yunanıstan Baş naziri və Kipr prezidentinin iştirakı ilə üçtərəfli görüş keçirilməsi və üç ölkə arasında əməkdaşlığın gücləndirilməsinə qərar verilməsi Ankaranın xarici siyasətdəki ciddi uğursuzluğu kimi dəyərləndiririr. İndi isə məlum olur ki, Misir silahlı qüvvələrinin elit əsgərlərdən ibarət bir bölmə 1 oktyabrda Kiprin (Cənubi Kipr) Müstəqillik Günündə keçiriləcək hərbi paradda iştirak edəcək.
Kiprin ən kütləvi qəzeti olan “Fileleftheros” bu hadisəni Əl-Əlameyn Üçtərəfli Zirvə Görüşünün nəticəsi kimi dəyərləndirir.
Misirin “Məkkə paktı”na qşulmadığı kimi Yunanıstan və Kiprlə yaxınlaşması Türkiyə üçün həyati əhəmiyyətli bölgə olan Aralıq dənizdə Ankaranın uğursuzluğa düçar olması deməkdir. Suriyadakı gözləntilərin doğrulmaması, Aralıq dənizi hövzəsində uğursuzluq Türkiyənin xarici siyasətdə ard-arda məğlubiyyətlərə məruz qaldığını göstərir. Türkiyə üçün beş həyati önəmli bölgədən ikisində ciddi uğursuzluğa görə Ankarada həyəcan təbili çalanların sayı artır. Belə görünür yaxın zamanlarda Hakan Fidan istefaya göndəriləcək. Çox böyük ehtimalla Türkiyənin yeni xarici işlər naziri Ömer Çelik olacaq. Ömer Çelik Prezident Rəcəb Tayyip Ərdoğana Hakan Fidandan daha yaxın şəxs sayılır.
Ömer Çelik sadəcə AKP-nin sözcüsü olduğuna baxmayaraq son zamanlar statusuna uyğun olmadığı halda diplomatik danışıqlarda yer almağa başlayıb. Belə görünür ki, Ömer Çeliyi yeni vəzifəsinə hazırlayırlar. Bütövlükdə isə Hakan Fidanın istefaya göndəriləcəyi ehtimalının artması, keçmiş baş nazirlər Əhməd Davudoğlu və Binəli Yıldırım, Ankaranın keçmiş meri Melih Gökçek ətrafında baş verən müammalı hadisələr Türkiyənin siyasi elitasında bir mərhələnin sona çatdığının, yeni mərhələyə hazırlığın getdiyinin işarətləridir.
