21 C
Bakı
09 Sentyabr 2026 10:27
Hadisəİdman

Zubirin transferində gözlənilməz problem – Keçidi təsdiqlənmədi

Bu yay “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Oruba” klubuna keçmək istəyən Abdullah Zubir gözlənilməz problemlə üzləşib.

34 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında çıxış etməsi mümkün olmayıb.

Onun yeni klubdakı müqaviləsi yerli liqa tərəfindən təsdiqlənməyib. Buna səbəb “Al-Oruba”nın maliyyə təminatı ilə bağlı problemi olub. Nəticədə Zubirə azad agent statusu verilib. Hazırda fransalı yarımmüdafiəçi yeni klubla müqavilə imzalamaqda sərbəstdir.

Daha əvvəl Fransa və Azərnaycan mediasında onun karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcəyi haqda xəbərlər yayılmışdı. Bizdə olan xəbərə görə, o, yenidən həmin ölkə çempionatına üz tutmaq niyyətindədir.

Xatırladaq ki, A.Zubir 2018-ci ildən bu ilin yayına qədər “Qarabağ”da çıxış edib. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

AİHM Nardaran hadisələri ilə bağlı Azərbaycanı 23 min avro təzminata məhkum edib

admin

Varqas Türkiyənin uğurudur, amma Türkiyənin uğuru təkcə Varqas deyil

redaktor

“Mançester Yunayted”ə qarşı fərqli planımız olacaq” – Dambrauskas

admin