23 C
Bakı
09 Sentyabr 2026 18:39
Tarix

Cəfər Cabbarlının heykəlinin arxasındakı 23 illik mübarizə: daşda gizlədilən azadlıq mesajı

“Mən Cəfəri gülünc edə bilmərəm. Mən 10 il tez, 10 il gec ölə bilərəm. Amma heykəl xalqındır. Ona baxıb xalqın tarixinə qiymət verəcəklər”

28 may metrosunun çıxışında Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının heykəli yerləşir. Qeyd edim ki, heykəlin məhz burda yerləşməsi barədə razılıq 1959-cu ildə qəbul olunub Mirələsgər Mirqasımovun layihəsi əsasında hazırlanan heykəl sovet idealogiyasına görə Dəmir Yol Vağzalına baxmalı idi.

Maraqlıdır ki, Cəfər Cabbarlı meydanında olan “Azad Qadın” çadranı atan qadın da Vağzala baxır. Bu, Şərqə doğru açılan “azadlıq pəncərəsi” mesajını daşıyırdı.

Memar o zaman Heydər Əliyevin yanında gedərək dramaturq üçün heykəlin çəhrayı rəngdə bütöv qranitdən hazırlamaq üçün xahiş edir və O, da buna razılıq verir ki, heykəl daha əzəmətli olsun. Lakin problem bu olur ki, nəzərdə tutulan hündürlüyü 5.5 metr olan heykəl üçün 280 ton çəhrayı qranit lazım olacaq. Bu isə Azərbaycanda tapılmır. Heykəltaraşa məlumat verirlər ki, bunu ancaq Ukraynada tapmaq olar.

Karxanada lazımi ölçüdə və tək parça nəhəng qraniti tapmaq böyük problemə çevrilir. Nəhayət, Ukraynadakı hərbi hissə rəhbərliyinin — yerli bir generalın texniki köməyi və ağır hərbi texnikaların cəlb edilməsi sayəsində həmin nəhəng daş parçası yerindən tərpədilir. SSRİ-də analoqu az olan bu çəkidə qranit bloku Bakıya xüsusi olaraq ayrılmış dəmir yolu qatar platformasında gətirilir.

Yazılanlara görə ona mane olmaq istəyənlər, rəsmi sifariş məktubunun səhv ünvanlara göndərilməsi heykəltaraş Mirəli Mirqasımovun səhhətində ciddi problemlər yaradır . Yükək vəzifə tutan şəxs onu məcbur edirdi ki, heykəlin hündürlüyü 5 metr olsun, lakin memar ona qarşı mübarizə apararaq məhz 5.5 metr olmalıdır deyə inad edir və istədiyinə nail olur. O, bu iş prosesində iki dəfə infarkt keçirib.

Bu qədər gərgin işlər fonunda abidənin hazırlanması 1959-cü ildə qərarla verilməsinə baxmayaraq 1979-cu ilə qədər uzanır. O qədər büroktarik əngəllərlə mübarizə aparan memara Heydər Əliyevin onun emalatxanasına qəfil gəlməsi olur. Problemləri və maneləri görən Heydər Əliyev tapşırıq verir ki, ona lazım olan dəstək verilsin.

Qeyd edim ki, Mirəli Mirqasımovun yanına həkim təyin edilmiş idi və  hər gün emalatxanada onun yanında oturur, hər saatdan bir ürəyinin döyüntüsünü və təzyiqini ölçərək işləməsinə icazə verirdi.

Heykəltəraş Mirəli Mirqasımov sovet senzurasının gözündən qaçırmağı bacararaq orada daşdan yonulmuş sınıq zəncir təsviri yerləşdirib. Bu, Cəfər Cabbarlının həm öz əsərlərində  Azərbaycan qadınını cəhalət zəncirindən qurtarmasını, həm də xalqın azadlıq rəmzini simvolizə edən gizli bir mesaj idi.

Mirəli Mirqasımov heykəli elə formada düzəldib ki, O, yaxın, orta və uzaq məsafələrdən fərqli  təsir bağışlayır. Uzaqdan baxanda dramaturq əzəmətli və dik duran bir qaya parçasını xatırladır

Heykəltəraş Mirəli Mirqasımov sovet senzurasına etiraz olaraq dramaturqun imzasını kirilcə deyil, latın qrafikası ilə işləmişdi. Lakin 1982-ci ildə rəsmi açılış günü Moskvadan və yerli məmurlardan qorxan komissiya üzvləri, tədbirə bir neçə saat qalmış gizlicə latın hərflərinin üzərinə kiril əlifbası ilə yazılmış müvəqqəti “Cəfər Cabbarlı” lövhəsini yapışdırdılar

Uzun illər heykəlin üzərində o süni lövhə qaldı və yalnız müstəqillik dövründə aparılan bərpada o lövhə sökülərək müəllifin ilk orijinal latın qrafikalı işi üzə çıxarıldı.

Abidənin rəsmi açılışı 1982-ci il martın 23-də olur.

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazda dəhşətli Çərkəz soyqırımı

redaktor

Cümhuriyyət qurucuları niyə Bayraqda yaşıl rəngi seçdilər ?

redaktor

Babək “lerikli”, Şah İsmayıl “talış”dır?

redaktor