1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı təsis edilərkən xalqımızın mənəvi köklərini və İslam mədəniyyətinə aid olduğunu göstərmək üçün üçüncü zolaq kimi yaşıl rəng seçilmişdir. Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Xan Xosyki birgə üç rəngli bayraq barədə müzakirə edib qərar verilər ki, yaşıl, qırmızı və göy rəngdə bayraq qəbul etsinlər. Bu rənglərin də seçilməsi təsadüfü deyil idi. Bu üç nəfərin istinad etdikləri və tariximizlə birbaşa bağlı olan rənglər idi.
Qeyd edim ki, Bayraq barədə ilk qanun layihəsi 1918-ci ilin 4 noyabrında qəbul edilib. İlk qərarda yaşıl, qırmızı və göy rəngli olaraq qəbul edilmişdi.
Qərar sənədi paylaşılıb!
O, zaman Bakıda olan ermənilər və digər millətlər şikayət ardınca şikayət edirdilər ki, Yaşıl rəngin birinci olması Azərbaycanın İslam dövləti olmasına aparıb çıxaracaq. Buna görə də Azərbaycan hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarı ilə bu bayraq yaşıl, qırmızı və göy rənglərdən ibarət, üzərində ağ aypara və səkkiz guşəli ulduz həkk edilmiş bayraqla (müasir Azərbaycan Respublikasının bayrağı) əvəzlənddi.
Məmməd Əmin Rəsulzadə “Cümhuriyyəti” kitabı, Ankara, 1923-cü ildə yazır:
“Azərbaycan bayrağındakı mavi rəng türklüyü, yaşıl rəng müsəlmanlığı, al rəng də təcəddüd (müasirlik, yenilik) və inqilab rəmzi olmaq həsbilə əsrliyi ( çağdaşlığı, müasirliyi) tərmiz edər ki, möhtərəm Ziya Göyalp bəyin “türk millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm” düsturunu ifadə olar”.
Bəli, burda diqqət çəkiləsi məqamlardan biri də yaşıl rəng müsəlmanlığı təmsil edir sözləridir. Əli bəy Hüseynzadə bu rəngə isə belə izah verir: “İslamlaşmaq islamda milli dini- əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi”
“Füyuzat” jurnalında dərc etdirdiyi “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsində Ə.Hüseynzadə öz fikirlərini davam etdirərək yazır:
“Bizim özümüzə məxsus daha layiq, daha şanlı bir vəzifeyi-mücahidəmiz vardır ki, o vəzifə də zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında nur maarifi əkməkdir diyoruz. İştə bu nuri-maarif də, yaşıl işıqlardır. Qırmızı qaranlıqlar içində peyda olan yaşıl işıqlardır. Yaşıl deyiriz, çünki öz müsəlmanlarımızdırlar. Ənvari-zümrüdün islamiyyə qəndillərini iqad qeyrətində bulunanlarımızdırlar”
http://web2.anl.az:81/read/page.php?bibid=vtls000018059
Bayrağın gerçək mahiyyətini isə 10 dekabr 1918 tarixli ikinci iclasında Məhəmmədəmin Rəsulzadə açıq şəkildə bildirib:
“Artıq Azərbaycan fikri üzərinə müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki artıq cəmatimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir”.
Dilgam Ahmed https://publika.az/news/nida_xeber/259402.html
Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və digər liderlər dünyaya və regional güclərə mesaj verirdilər:
“Biz coğrafi və mədəni baxımdan İslam dünyasının (Şərqin) ayrılmaz bir parçasıyıq”. Yaşıl rəng bu geosiyasi kimliyin möhürü idi. Cümhuriyyət üçün yaşıl rəng sadəcə fərdi bir inanc deyil, dövlətin söykəndiyi üç əsas milli ideologiyadan birinin rəsmi rəmzi idi.
Bayraqdakı yaşıl rəng xurafatdan təmizlənmiş, mütərəqqi, elmi və humanist bir İslam mədəniyyətini simvolizə edirdi onların yazılarına, çıxışlarına və fikirlərinə görə.
O dövrdə Avropa və Rusiya mətbuatında müsəlmanlar tez-tez “mədəniyyətdən uzaq, vəhşi” kimi təsvir olunurdu. Cümhuriyyət liderləri bayraqda müasirliyin rəmzi olan qırmızı ilə İslamın rəmzi olan yaşılı yan-yana qoymaqla dünyaya sübut etdilər ki, İslam mədəniyyəti müasirliklə, elmlə və demokratiya ilə tam bir araya sığa bilər.
Sufi fəlsəfəsinə görə, yaşıl rəng insanın ruhən yetkinləşməsini, xurafatdan qurtulub elmə və mənəviyyata çatmasını təmsil edir. Hüseynzadə də millətin sadəcə quru siyasətlə deyil, ruhən və əxlaqən ucalaraq dirilməsini istəyirdi.
Cümhuriyyət qurucuları bayrağa yaşıl zolağı daxil etməklə göstərdilər ki, bizim İslam anlayışımız xarici siyasi mərkəzlərə (məsələn, ərəb teokratiyasına və ya radikal qüvvələrə) tabe olmaq deyil. Bizim İslamımız Azərbaycan xalqının milli mədəniyyətinin, Nizamilərin, Füzulilərin, Nəsimilərin süzgəcindən keçmiş mütərəqqi bir dəyərdir.
Yəni bu, “siyasi islam” deyil, MƏDƏNİ-MƏNƏVİ İSLAMDIR!
Təngriçilikdə göy rənglə yanaşı, yaşıl rəng də müqəddəs sayılırdı. Mifologiyada “Yaşıl xan” adlı təbiət tanrısı var idi ki, o, yer üzünə bərəkət, meşələrə can verir, bitkiləri qoruyurdu. Cümhuriyyət ziyalıları qədim türk mifologiyasını yaxşı bilirdilər və yaşıl rəng həm də türkün təbiətlə olan o qədim, mifik bağını ifadə edirdi. https://archive.org/details/JeanPaulRouxEskiTurkMitolojisi
Azərbaycan bayrağının fəlsəfəsi bizə fərqli bir şey öyrədir: öz milli və mənəvi köklərinə bağlı qalaraq da müasir və demokratik olmaq mümkündür. Cümhuriyyət liderləri xurafata, savadsızlığa və dini radikalizmə qarşı idilər. İndiki dövrdə bir çox insan bu iki anlayışı – yəni, cəmiyyəti birləşdirən mənəvi-mədəni irs ilə siyasi iddiaları olan din xadimlərinin fəaliyyətini – bir-birindən ayıra bilmir. Tarixi dərindən oxumadıqları üçün bayraqdakı yaşıl rəngi sadəcə birtərəfli qəbul edirlər.
İnsanlar çox vaxt məhzəb, xaricdən dəstək alan bəzi şəxslər, bəzi islam dövlətlərinin radikal qərarlarını İslamın özü ilə eyniləşdirir və Azərbaycan bayrağındakı yaşıl rəngin ifadə etdiyi mütərəqqi, humanist Şərq mədəniyyətini görməkdə çətinlik çəkirlər.
Üçrəngli bayrağımız sadəcə bir parça deyil, minillik türk mifologiyasının, İslam intibahının, dövlətçilik irsinin və 1918-ci ilin demokratik respublika idealının ortaq sənədidir.

