DünyaMədəniyyət

Kamançanı da standartlaşdırdıq: dövlətin növbəti “böyük problemi” həll olundu

Sizə çox mühim xəbərim var, böyük bir problem həll edildi, həhayət ki, rahat nəfəs ala bilərik, sevindirici, vacib, möhtəşəm qərar qəbul edilib. Bu qərardan sonra ölkədə çox şey dəyişəcək, mədəniyyətimiz inkişaf edəcək, vətəndaşların gözləntiləri tam təmin ediləcək. Hazırsınızsa, xəbəri yazım – Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi!

Rəsmi: “Dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris məqsədi üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərinin texniki və digər keyfiyyət göstəricilərinin vahid qaydada müəyyənləşdirilməsi, alətlərin istehsalında və qiymətləndirilməsində ümumi yanaşmanın təmin edilməsidir”.

Nə deyəsən axı?! Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır, tutalım, usta Məmmədəli dayı, bunların standartlarına uyğun olmayan kamança düzəltdi, bu zaman rəsmi qurum nə edəcək?! Kamançanı müsadirəmi edəcək?! Publik şəkildə yandıracaqmı?! Məmmədəli dayını cəriməmi edəcək?! Yəni, bu standartların qəbulunun məğzi nədir?!

Dünyada ən çox yayılmış musiqi alətlərindən biri skripkadır, yəqin görmüsünüz, çox futuristik dizaynlı skripkalar, şüşədən olanı da var, klassik görünüşdən çox kənara çıxanı da – bu kimisə narahat edirmi, etməlidirmi?! Dünyada ən bahalı skripkalar Antonio Stradivari adlı ustanın 17-ci əsrin sonu, 18-ci əsrin əvvəlində düzəltdi alətlərdir, milyonlarla dollar qiyməti var. Amma, dünyada heç kimin ağlına gəlməyib ki, skripkanın standartlarını qəbul etsin və desin ki, bu gündən hamısı Stradivari kimi alət düzəltməlidir.

Yaxşı, niyə bu xəbərə fikir verdim – deyim də, artıq 3-4 ildir ki, Azərbaycan hökumətinin aşırı tənzimləmə “sevgisini” tənqid edirəm, bu yanaşmanı iqtisadiyyatı boğan əsas amillərdən biri olduğunu düşünürəm. Bu “sevgi” o qədər qabarıb ki, artıq kamançaya da gəlib çatıb – məni narahat edən budur…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Vens İran məsələsində Azərbaycanın ABŞ- a yardım etdiyini bildirib

redaktor

Ukrayna Prezidentinin ofisində axtarışlar aparılıb

redaktor

Zelenskini Donbası Rusiyaya təhvil verməkdən kimin çəkindirdiyi məlum olub

redaktor