18 C
Bakı
08 Sentyabr 2026 22:26
DünyaMuharibəSiyasət

Yəməndə vəziyyət

“Ənsarallah” hərəkatı yenidən raket və dron kampaniyasına başlayıb. Onun hədəfləri arasında S.Ərəbistanının hərbi və enerji obyektləri, eləcə də Ər-Riyadın vassalı olan Yəmən hökumət qüvvələridir. Dünən husilər “Saudi Aramco”nun Abqa və Njarandakı obyektlərinə, həmçinin Cizan NEZ-inə, bunlardan başqa Səudiyyənin Xamis Muşaytdakı hərbi aviabazasına onlarla raket və dronlarla zərbələr endirib. Zavod ərazisində yanğınlar bu günə qədər davam edirdi.

Bu kəskin eskalasiya təsadüf deyil. Ər-Riyad Yəməndə genişmiqyaslı hərbi əməliyyata hazırlaşmağa davam edir. Onun məqsədi Bab əl-Məndab boğazını “Ənsarallah”ın nəzarətindən çıxartmaq üçün husiləri Qırmızı dəniz sahillərindən Yəmənin paytaxtı Səna ətrafındakı dağlara sıxışdırmaqdır.

Husilər əvvəllər də Ər-Riyad və Ədən qüvvələrinə qarşı bir neçə önləyici zərbə endirmişdilər (https://www.facebook.com/reel/1574230840769828). Hərəkat həmçinin S.Ərəbistanının hərbi və mülki gəmilərini sıxışdırmağa və sahillərindən çıxarmağa cəhd edir. Lakin bütün bu səylərə baxmayaraq, S.Ərəbistanı sentyabrın əvvəlində səylərini kəskin şəkildə artırmağa başlayıb.

2015-ci ildə Yəmənə hücum zamanı dəniz yolu Körfəz monarxiyalarının əsas arteriyası idi. Təchizat gəmiləri həm Qırmızı dəniz limanlarından, həm də Fars körfəzindən gəlirdi. Lakin indi Hörmüz boğazı bağlıdır, husilər də S.Ərəbistanına məxsus gəmilərin Bab əl-Məndəb boğazından keçməsinin qarşısını alırlar.

Buna görə də Yəmən hökumət qüvvələrini təchiz etmək üçün S.Ərəbistanı uzun quru yolundan istifadə etmək məcburiyyətində qalıb. Yəmən hökumət qüvvələrinə quru yolu ilə sursat, hərbi texnika, o cümlədən artilleriya qurğuları və çoxsaylı raket buraxılış sistemlərinin çatdırılması dəfələrlə qeydə alınıb. Hazırkı vəziyyətdə husilərin əsas məqsədi düşmənlərinin logistikasını pozmaqdır. Buna görə də “Ənsarallah” məhz quru marşrut boyunca zərbələr endirir. Onun dronları və raketləri artıq sursat və texnika daşıyan bir neçə maşın karvanını vurub. Belə hücumlardan biri də dünən oldu (fotolarda həmin hücumun nəticələrini görürsünüz).

Əlbəttə ki, bu cür hərəkətlər Ər-Riyadın hücum planlarını pozmayacaq. S.Ərəbistanının hərbi təyyarələri “Ənsarallah” ərazisinin sərhədi boyunca fəaliyyət göstərir və aviazərbələr endirirlər, lakin hələ ki husilərin sərhəd xəttini keçmirlər. Hücumun hazırlandığının digər bir əlaməti də Amerika kəşfiyyat platformalarının artan fəaliyyətidir. Qırmızı dəniz bölgəsində RQ-4 Global Hawk strateji kəşfiyyat dronlarının və P-8 Poseidon patrul təyyarələrinin uçuşları müşahidə olunur. Bu təyyarələr Pentaqon tərəfindən elektron və radio kəşfiyyatı üçün istifadə olunur.

Beləliklə, S.Ərəbistanının maliyyə, logistika, texniki və hərbi hava dəstəyi, ABŞ-ın kəşfiyyat və hərbi dəniz dəstəyi ilə Yəmən hökumət qüvvələrinin husilərə qarşı böyük hücum əməliyyatı hələlik qaçılmaz görünür.

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Peskovun yalanları və ya raşizm “beyinləri yumağa” davam edir

redaktor

Putin–Əliyev xəttində buzlar əriyir: Kreml Bakını itirmək istəmir

redaktor

AFD və Putin iqtidarı yeni Molotov (Lavrov)-Ribentrop (?) paktı arzulayır

redaktor