Mən demirəm müharibə olsun, ömürboyu savaşaq. Amma insanın qeyrəti, namusu, mənliyi və yaddaşı olmalıdır!
1905–1907, 1918–1920, 1930-cu illər, 1948–1953, 1988–2023… Bu torpaqlarda yaşanan müharibələri, deportasiyaları, soyqırımları, soydaşlarımızın doğma yurdlarından didərgin salınmasını nə tez unutduq?
Hələ də nəşi tapılmayan minlərlə itkinimiz var. Bu gün belə basdırılmış minalar insanlarımızın həyatına son qoyur, ailələri yarımçıq qoyur, insanları ömürlük şikəst edir.
Bütün bunların qarşısında bir şüşə konyaka, bir neçə məhsula, bir neçə manatlıq alış-verişə görə tarixi, yaddaşı və mənəviyyatı ayaq altına atmaq olmaz.
Sülh istəmək başqa şeydir, keçmişini unutmaq və özünə hörməti itirmək tamam başqa.
Sülh naminə yaddaşını satma!
Rahatlıq naminə ləyaqətindən keçmə!
Millət olmaq yalnız rahat gündə yaşamaq deyil. Millət olmaq şəhidini, itkinini, deportasiya olunmuş soydaşını və yaşadığı ağrını unutmamaqdır.
Heç kimdən nifrət tələb olunmur. Heç kimdən ömürboyu savaşmaq istənilmir. Sadəcə öz tarixinizə, öz şəhidinizə, öz torpağınıza və öz mənliyinizə sahib çıxın.
Bir konyaka, bir neçə məhsula görə mənəviyyatınızı satmayın.
Yaddaşınızı satmayın.
Ləyaqətinizi satmayın.
Özünüzü satmayın.
Kişi olun, kişi!
