Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan 3 nömrəli tibb müəssisəsinin Baş Həkimi Turanə Rüstəmova Təbibi saymır, öz maraqlarınan idarəçilikdə çirkin işlərlə məşğul olur.
Belə ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova 2025-ci ildə Baş Həkim təyin olunduqdan sonra xəstəxanada şöbə müdirlərinə, həkimlərə aylıq “tas” qoyub. Hər ay həkimlərin maşından fond pulu adı altında külli miqdarda pul yığaraq mənimsəyir.
Xəstəxananın dərman preparatlarını apteklərə sataraq pul əldə edən baş həkimi durduran yoxdur.
Təsərrüfat şöbəsinin əməkdaşlarının bir hissəsi işə gəlmir, sonradan məlum olub ki, həmin şəxslərin pul kartları sözü gedən Baş Həkim Turanə Rüstəmovadadır.
Xəstəxananın dəftər ləvazimatları mənimsənilir. Hesab edin ki, laboratoriya analizlərinin nəticələrini A-4 vərəğə, ağ kağıza çıxarılmalı olduğuı halda, ağ vərəq tapılmadığı üçün ya telefona çəkməlisən ya da “mygov” deyilən onlayn şəkildə almaq məcburiyyətində qalır insanlar.
Təsərrüfat malları, avadanlıqlar, əlcək, süpürgə, ağ xalat, və digər mal-materiallara tender elan edilib maliyyə əldə olunsada, təəssüflər ki, olsun xəstəxanada mövcud olan mal-materiallara rast gəlinmir.
Bu mövzuya geniş şəkildə qayıdacayıq…
