25 C
Bakı
17 Avqust 2026 10:32
DünyaSiyasət

Yaponiya və Azərbaycanın Rusiya işğalındakı Şimal torpaqları

Hərbi cinayətkar Vladimir Putinin avqustun 13-də, prezident vəzifəsinin icrasına başladığı 31 dekabr 1999-cu ildən bəri ilk dəfə Rusiyanın işğalı altında olan Yaponiyanın İturup adasına səfər etdi. Ukraynanın dron hücumları ilə cəbhə bölgəsinə çevirilən, Moskvadan təxminən 400 km məsafədə yerləşən və 400 minə yaxın insanın yaşadığı Bryanska, Rusiya paytaxtından 700 km araılıda yerləşən və təxminən 350 min insanın yaşadığı Belqorod şəhərinə “vaxt məhdudluğu” səbəbindən səfər edə bilməyən Putinin təxminən 10 min km məsafə qət edərək Rusiyanın işğalı altında olan Yaponiyanın İturup adasına səfər etməsi Pekinin birbaşa sifarişinin nəticəsidir.

İyulun 24-də Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində Çinin xarici işlər naziri Van İ Rusiya xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqlarda Moskvanı “heç bir halda Yaponiyanın yenidən silahlanmasına imkan verməməyə”, İkinci Dünya Müharibəsindəki qələbənin nəticələrini qorumağa çağırmışdı. Cavabında isə Lavrov bildirmişdi ki, Rusiya Yaponiyanın sürətlənmiş “remilitarizasiyasını” yaxından izləyir və Pekinin nüvə potensialını inkişaf etdirmək planlarına qarşı çıxır.

İkinci Dünya Müharibəsindəki qələbənin nəticələrindən biri Yaponiyanın silahsızlaşdırılmasıdırsa, digəri Kuril adalarının Yaponiyadan qoparılmasıdır. Yaponiyanın Şimal torpaqların qanunsuz işğalı Cənubi Saxalin və Kuril adalarının Sovet İttifaqına daxil edilməsi haqqında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 2 fevral 1946-cı il fərmanına əsaslanır.

Hərbi cinayətkar Putin Yaponiyanın Şimal torpaqlar adlandırdığı, Rusiya işğalındakı dörd şimal adasının biri olan İturup adasına səfər etməklə Çinə itaətini nümayiş etdirməklə yanaşı Tokionun ifadə etdiyi kimi qanunsuz işğalı davam etdirməyə çalışır.

Ukraynaya qarşı cinayətkar müharibədə ağır itgilərə məruz qalan, geniş miqyaslı hərbi əməliyyatların başlamasından ötən 4.5 il ərzində Donetsk Vilayətini işğal etmək gücündə olmayan Rusiyanın Yaponiyanı hədələməsi gülüş doğurur. Dünyada heç kimin ciddi qəbul etmədiyi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Kuril adalarının Rusiya ərazisi olduğunu anlamayan hər kəsin “dəhşətli nəticələrlə” üzləşəcəyi haqqında açıqlamasının siyasi şərhi mümkün deyil. Medvedyevin fikirlərini psixoloqlar şərh etməlidir.

Putinin Çinə itaətkarlığını nümayiş etdirmək üçün İturup adasına səfər etməsi Rusiyaya üçün baha başa gələcək. ABŞ-ın Tokiodakı səfiri Corc Qlass Vaşinqtonun Yaponiyanın “Şimal torpaqları” adlandırdığı ərazilər üzərində suverenliyini tanıdığını təsdiqləyən bəyanatla çıxış edib. X sosial media platformasında paylaşım edən səfir ABŞ-ın ən vacib müttəfiqinə dəstəyində sarsılmaz olduğunu vurğulayıb.

Səfir Qlass ABŞ-Yaponiya ittifaqının Hind-Sakit Okean bölgəsində rifah və sabitliyin təmin edilməsi üçün əhəmiyyətini qeyd edərək əlavə edib ki, Vaşinqton bu nizamı poza biləcək hər hansı bir hərəkətə qarşı qətiyyətlə çıxış edir.
Bu gün Yaponiya və Azərbaycanı eyni problem birləşdirir. Yaponiyanın Şimal torpaqları kimi Dərbənd başda olmaqla Azərbaycanın da Şimal torpaqları da Rusiya işğalı alındadır. Putinin 2023-cü ildə Dərbəndə, indi isə İturup adasına səfəri Moskvada bu torpaqların tarixi rus torpaqları olmadığını, ona görə də bu torpaqlar nəzarətdə saxlmağın getdikcə daha çətin olmasının doğurduğu şəraitin diqtəsidir. Putin Dərbənd və İturup adasına səfər etməklə Rusiyanın bu torpaqları güzəştə getməyəcəyi ilə bağlı mesaj verməyə çalışır. Ancaq Putinin və Rusiyanın bütün çabaları əbəsdir.

Tarixin inkişaf qanunauyğunluğunu ləngitmək olar, ancaq tamamilə dayandırmaq mümkün deyil. Rusiya imperiyası parçalanacaq, Yaponiya və Azərbaycanın Şimal torpaqları işğaldan azad olaraq doğma vətənin ərazilərinə qatılacaq.

Yaponiya və Azərbaycan bu hadisəni yaxınlaşdırmaq üçün əməkdaşlıq etməlidir. Azərbaycanın ictimai-siyasi təşkilatları, ictimai rəy liderləri Putin İturup adasına səfərini pisləməli, Kuril adalarının Yaponiyanın tarixi torpaqları kimi tanıdıqlarını bəyan etməlidirlər. Yaponiya isə diplomatik gücündən istifadə edərək Dərbənd başda olmaqla Azərbaycanın Şimal torpaqlarının Rusiya tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyanın aparıcı siyasi mərkəzlərində səslənməsinə və müzakirəsinə nail olmalıdır.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Bir fotonun izi ilə- erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın

redaktor

Avropanın Rusiyanı çökdürmək planı niyə iflasa uğradı?

redaktor

Rusiya anbarları dağılır: Wildberries-in ən böyük yeddi mərkəzi bağlanıb

redaktor