“Qarabağ” futbolçusu Abdullah Zubirlə yollarını ayırıb.
Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Klub 34 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib:
“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!”
Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.
O, 2018-ci ildən “Qarabağ”da oynayırdı. (Qol.az)
