28 C
Bakı
12 Avqust 2026 20:07
DünyaSiyasət

Ermənistan süni intellektə keçir, Azərbaycan isə keçmişin sənayesi ilə öyünür

Ermənistanda investisiya dəyəri 5 milyard dollar olan Süni İntellekt fabriki açıldı.
Müqayisə üçün deyim ki, bütövlükdə Sumqayıt Sənaye Parkının investisiya həcmi 4 milyarda çatmır.

Azərbaycan elektrik enerjisinin sənayeyə tətbiqi ilə başlayan 2 – ci sənaye inqilabının məhsulları ilə öyünərkən, ermənilər 5-ci sənaye inqilabına ciddi hazırlıq görürlər.

Sənaye 5.0-ın əsas fəlsəfəsi insan və texnologiyanın birgə işləməsidir.
İnsan-robot işbirliyini tənzimləyən mütəxəssislərin peşəsi ən qiymətli olacaq.
Süni intellekt və robotlarla ortaq dil tapmaq bacarığı olmayan cəmiyyətlər yeni dünyanın kölələri olacaqlar.

Qlobal İnnovasiya İndeksinə görə Azərbaycan dünyaya öz bilik və texnologiyasını ixrac edə bilməyən ölkədir.
Ermənistan hal-hazırda dünyaya İT texnologiya satır. Bu fabrik erməniləri yeni sənayenin mərkəzinə çevirəcək. Bu isə o deməkdir ki, yaxın illərdə ermənilər yeni texnologiya ilə, süni intellektlə, robotlarla birləşəcəklər.

Təsəvvür edirsiz ki, bu, onları bizdən nə qədər güclü edəcək?
Həmişə Paşinyan olmayacaq, ermənilərin revanşist hissləri də sönməyəcək.
Əslində, Xankəndidən belə rahatlıqla çıxmaları mənə həmişə şübhəli gəlib.
Kimlərsə ermənilərin qulağına yeni dünyanı, yeni texnologiyanı və onların perspektivlərini pıçıldamışdı deyə, belə rahatlıqla Qarabağı tərk etdilər.

İş orasındadır ki, Gürcüstan, Qazaxıstan və Özbəkistan da yeni texnologiyada bizi dəfələrlə üstələyir. Onlarda da ciddi işlər görülür.
Yeni dünyanın şərtləri amansızdır.
Hansı dövlət vətəndaş inkişafı ilə məşğul olmasa, əhalisi kölə olacaq!

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreyanın Rusiya savaş təcrübəsi Seulu narahat edir

redaktor

İlham Əliyev Zəngəzur dəhlizinin istifadəyə verilməsini kimin gecikdirdiyini açıqladı

redaktor

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor