Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq.
Valdas Dambrauskasın komandası öz meydanında Danimarka çempionu “Orhus”la qarşılaşacaq.
Tərəflər arasında Danimarkada keçirilən ilk matçda “Orhus” 2:1 hesablı qələbə qazanıb.
Saat 20:00-da keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək.
Bu cütün qalibi pley-off mərhələsində “Srvena Zvezda” – “Hapoel” (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.
Məğlub tərəf isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
11 avqust
20:00. “Sabah” (Azərbaycan) – “Orhus” (Danimarka)
İlk oyun – 1:2
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Erik Vattellier
VAR: Bastien Deşepi
AVAR:Nikolya Rainvill (hamısı Fransa)
“Bank Respublika Arena” (Qol.az)
