DünyaSiyasət

TRİPP (Zəngəzur dəhlizi) REALLIĞA ÇEVRİLMƏKDƏDİR…

ABŞ dövlət katibi Marko Rubionun dünən (8 avqust) verdiyi bəyanatda deyilir ki, Amerika hökuməti Cənubi Qafqaz və Orta Asiyada Transxəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektor investisiyalarının təşviqi üçün fonda 201 milyon dollar vəsait ayırıb. Bu, o deməkdir ki, artıq TRİPP (orta dəhliz) layihəsi reallaşmağa başlayır.

Bir il əvvəl ABŞ prezidenti D.Trampın ev sahibliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə bir araya gəlmişdilər. Onların imzaladığı Birgə Bəyannamədə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP təşəbbüsü yer almışdı. Bu marşrut Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın cənubundan keçməklə birləşdirməlidir.

Azadlıq radiosu ABŞ-nin dövlət katibi M.Rubioya istinadən bildirir ki, son bir ildə Birləşmiş Ştatlar bu təşəbbüsü reallaşdırmaq üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb: “Dəmir yollarını, avtomobil yollarını, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP artıq reallığa çevrilmək üzrədir”.

Ermənistanla ABŞ-nin iyunun əvvəlində imzaladığı sazişə əsasən ABŞ-Ermənistan birgə müəssisəsi yaradılacaq və o, Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir və avtomobil yollarını, enerji xətlərini, eləcə də digər infrastruktur obyektlərini ən azı 49 il müddətinə idarə etmək hüququ qazanacaq. “TRIPP Development Company”nin (TDC) 74 faiz payı ABŞ hökumətinə məxsus olacaq.

 

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Vuçiç Zelenski mübahisəsinə son qoydu: “Mən yalnız Serbiyaya xidmət edirəm”

redaktor

Zelenski: “Putin Ukraynada qalib gəlməyəcək”

redaktor

Hörmüz böhranı Asiyanın enerji xəritəsini dəyişir

redaktor