Ukrayna ordusu son bir ildə Rusiyanın quru qoşunlarının irəliləyişi qarşısını demək olar, dayandırıb. Üstəlik, bəzi mövqelərdə rusları sıxışdırıraraq geri qovub. Rus ordusu hələ də sərhədə yaxın Donbassı tam ələ keçirə bilmir.
Dron müharibəsisə son aylar onu göstərdi ki, Ukrayna Rusiyanı tam üstələyib. Ukraynanın dronları Rusiyanın arxa cəbhəsini, içərilərdəki infrastrukturu sıradan çıxarmaqla, ona böyük ziyanlar vurub.
Qaldı ki, raket müharibəsi, burada Rusiya xeyli üstündür. Və son bir-iki ayda Ukraynanı, hərbi, sənaye infrastrukturunu, paytaxt Kiyevi, digər şəhərləri yaşayış binalarının sərt və ağır atəşə tutur, xeyli dağıntılar və insan tələfatı yaradır.
İş ondadır ki, bu ara, Ukrayna Rusiya ballistik raketlərini vuran yeganə Patriot sistemlərinin raketlərin çatdırılması problemi ilə müdafiəsiz qalıb. Yəni, sistem özü var, raketləri isə yoxdur, atmaq üçün çox bahalı olan və nə zülmlə ABŞ, Avropa, İsraildən alınan Patriotlar boş dayanıb.
Qeyd edim ki, bir Patriot batareya kompleksin qiyməti 1 milyard dollardan da artıqdır. Və bir batareyada da 4-8 ədəd atəş qurğusu olur. Və hər Patriot raketin qiyməti 3-12 milyon dollar.
Niyə, Patriot raketləri kəskin çatışmır?
Fikrimcə, səbəb ABŞ-İran müharibədir. Bu raketlər ABŞ-da istehsal olunur. Trampın İran müharibəsimə başladığı təkcə bir ayda min ədəd (!) Patriot PAC-3 raketi xərcləyib Bundan əlavə, bu bahalı raketlərdən İranın Fars körfəzi ölkələrinə, Şahed dronları hücumunda vurmaq üçün xərclənib, hansı ki daha ucuz vasitələrlə vurmaq olur, nəinki 5 minlik dronu 5 milyonluq raketlə vurmaq. Bu israfçılıq dünya miqyasında ballistik raketləri vura bilən Patriot raketlərinin çatışmazlığına səbəb olub.
İkinci səbəb isə Rusiya ballistik raketləri atılan qurğu komplekslərin Rusiya ərazisində vurula nilçəçəsidir. Bu da xeyli çətindir, onların yerini Sputniklə müəyyən etməklə. Çünki, “Iskander” rus qurğu maşınları raketi atmazdan əvvəl, bir neçə saat meşələrdə yer dəyişirlər və birdən dayanıb atıb, tez də uzaqlaşırlar. Və onları da yalnız, İlon Maskın “Starlinklıri” müəyyən edə bilir və “Starlink” də Rusiya ərazisində çalışmır. Ona görə Rusiya “İskander” qurğusu sistemini Ukrayna ərazisinə gətirmir ki, dərhal vurular.
Hazırda bütün bu cür çatışmazlıqların aradan qaldırmasl ilə bağlı Ukrayna-Qərb və NATO arası ciddi iş gedir. Ukraynanın “Fire Point” şirkətinin avropalılarla birgə hazırladığı “Freya” anti-ballistik raket müdafiə sistemi hazırlanır
İki Ukrayna ballistik raketi – FP-9 və “Sapsan” – hazırda uğurla son yüksək sınaqlardan keçir. Türkiyə başlayıb, Ukraynaya silah dəstəyinə.
Yəni, bu saat Ukraynanın Rusiyanı, Moskvanı vura biləcək öz ballistik raketləri istehsalı və həm digər ölkələrdən təcili alınması ilə bağlı fəaliyyət gedir. Və belə nəzərdə tutulur ki, bu sentyabrın sonunacan Ukrayna artıq, həm öz ünü raketdən qorunmaq məsələsini qaydaya salacaq. Və həm də ki Moskvanı “İskanderdən” də xeyli güclü öz hazır raketləri ilə vura biləcək.
Niyə məhz Moskvanı vurmaq?
Çünki, Rusiya mərkəzləşdirilmiş bir dövlətdir. Moskva sanki, “Devin canı olan şüşədir”, çünki, Putinin oturduğu şəhərdir. Əyalətdəki ən böyük şəhərin, hətta Peterburqun vurulması, Rusiyanı xüsusi sarsıtmaz, nüfuzdan salmaz, hökumət, ordu və insanlarda müharibəyə qarşı: “nahaq başladılıb” təsiri yaratmaz, nəinki, Moskvanın vurulması. Bu payız Ukrayna hücumu gözlənir.
