31.6 C
Bakı
07 Avqust 2026 19:07
DünyaSiyasət

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən yeganə sülh modeli

Keçən ilin 8 avqust tarixində Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini paraflaması və Birgə Bəyannaməyə imza atması, bir il ərzində baş verən hadisələr yalnız Cənubi Qafqaz üçün deyil, qlobal diplomatiya üçün də tarixi örən sayıla bilər.

Ötən 1 illik müddət göstərdi ki, Vaşinqton sənədi kağız üzərində qalan bəyanatlardan deyil, müasir beynəlxalq münasibətlər sistemində real nəticə verən və ən işlək sənəddir.
Dünyadakı ümumi mənzərəyə diqqət yetirək:
Qəzzada gərginlik və humanitar böhran səngimək bilmir;
ABŞ-İran münasibətlərində eskalasiya davam edir. Sülh danışıqları ilə bağlı cəhdlər səmərə verməyib və hazırda qyeri-müəyyənlik davam edir;
Ukrayna-Rusiya müharibəsini dayandırmaq üçün göstərilən saysız-hesabsız sülh cəhdləri və diplomatik təşəbbüslər hələ də nəticəsiz qalır.

Bütün bu mənzərənin fonunda Cənubi Qafqazda fərqli bir reallıq yaşanır. Vaşinqton sənədindən sonra Azərbaycan və Ermənistan arasında sadəcə bəyanatlar verilmədi – kommunikasiyaların açılması, sərhəd delimitasiyası və dayanıqlı sülhün bərqərar olması istiqamətində real, praktiki addımlar atıldı.

Bu reallıq təsdiq edir ki, güclü iradə, milli maraqların nəzərə alınması və düzgün diplomatik vasitəçilik hərbi münaqişələri geridə qoymağın yeganə yoludur. Vaşinqton Bəyannaməsi bölgədə davamlı sülhün və yeni geoiqtisadi reallıqların təməl daşı kimi tarixdəki yerini artıq möhkəmləndirib.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Bakının Moskva-Kiyev diplomatiyası

redaktor

İrana qarşı 4-lü ittifaqın ilk addımı bu gün atılacaq: Ərdoğan Səudiyyə Ərəbistanına niyə getdi?

redaktor

İran rejiminin zirvəsində çatlar; Xamenei ailəsində qardaşlar üz-üzə

redaktor