28.9 C
Bakı
06 Avqust 2026 15:02
Tarix

Şah İsmayıla atılan böhtan, 1946-cı ildə Şirvanşahlar sarayında aparılan arxeoloji qazıntıların HESABAT KİTABLARI

44 günlük Zəfər müharibəsindən sonra və Azərbaycanın suverenliyi elan edilən zamandan Azərbaycan tarixinə, dövlətlərinə hücum edən Rusiya, İran, Ərəb ölkələrindən və Türkiyədə müəyyən qüvvələrin təsiri altında ölkəmizdə müxtəlif vəzifələr tutan, ictimai şəxslər və digərləri Şah İsmayıl və Səfəvi dövlətini Azərbaycandan alıb Fars mollalarının əlinə verməyə cəhd edirlər. Əl-ələ verən İran mollaları və həm də Sələfi/Vəhhabi cərəyanları milli identikliyi və dünyəvi dövlətçilik şüurunu baş düşmən sayırlar.

Bu avam və başqa ölkənin maraqlarına xidmət edənlərin Şaha sürdüyü iddialardan biri də guya 1509-cu ildə Şah İsmayıl Xətai Bakı qalasını alan zaman babası Şeyx Cüneyid və atası Şeyx Heydərin intiqamını almaq məqsədilə Şirvanşah I İbrahim və onun yaxınlarının məzarını dağıdıb, qəbrləri açıb və onların sümüklərini yandırıb.

Bu iddiaları tamamilə təkzb edən araşdırma hesabatlarını oxumayan lümpenlər dərhal başlayırlar Şahı ittiham etməyə. Arxeologiya elmi həmin ittihamların YALAN olmasını hələ 1946-48-ci illərdə artıq sübuta yetirmişdir.

Sizlərə 1946-cı ildə Sovet Elmlər Akademiyası, Azərbaycan SSR Elmlər Akademiyası və SSRİ Arxeologiya İnstitutunun Şirvanşahlar Sarayında apardığı arxeoloji araşdırmalarının nəticəsi olan HESABAT KİTABlARI təqdim edirəm.

Şirvanşahlar Sarayı kompleksində əsas arxeoloji qazıntılar 1945–1946-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən görkəmli arxeoloq V.N.Leviatovun rəhbərliyi ilə aparılmışdır. Qeyd edim ki, Leviatov tərəfindən hazırlanan və Moksvada və Azərbaycan SSR Elmlər Akademiyasında təsdiqlənən rəsmi elmi hesabatlar əsasında hazırlanan “Памятники азербайджанского зодчества эпохи Ширваншахов” (1944–1948) adlı monoqrafiya əsas elmi mənbə sayılır.

ONLİNE OXUMAQ ÜÇÜN: http://e-heritage.ru/Book/10083896

1946-cı ildə Şirvanşahlar sarayında arxeoloji qazıntı aparan Minkeviç-Mustafayevanın hesabatını da https://www.academia.edu/35742504/%D0%94%D0%92%D0%9E%D0%A0%D0%95%D0%A6_%D0%A8%D0%98%D0%A0%D0%92%D0%90%D0%9D%D0%A8%D0%90%D0%A5%D0%9E%D0%92_Shirvanshah_Palace burdan oxumaq olar.

Axundov adına kitabxanadan sifariş verib oxuya biləcəyiniz digər mənbələr:

1) Бретаницкий, Л. С. «Зодчество Азербайджана XII-XV вв. и его традиции», Москва: Наука, 1966.

2) Qasımova, R. M. «Антропологическое исследование черепов из усыпальницы Ширваншахов» // Известия Академии наук Азербайджанской ССР (Серия истории, философии и права), Баку, 1960

3) Hesabatın rəsmi olduğu arxiv nömrəsi:Fond 1, Siyahı 1, İş № 124 (1945–1946): «Отчет о полевых археологических работах в комплексе Дворца Ширваншахов»

Tədqiqat apran alimlər beş məzar tapırlar. 1,2,4, 5-saylı məzarlarda Şirvanşah I İbrahim Xəlilüllahın oğlu, xanımı və qohumlarının sümükləri olduğu adlı arxeoloq tərəfindən müəyyən edilir. Həmin arexeolji qazıntın hesabatından qısa hissələr təqdim edirəm:

“Türbədə əhəng məhlulu üzərində yonma daşdan tikilmiş beş türbənin üzərini örtən daş lövhələr aşkar edilmişdir. Onların hamısı müsəlman qanunlarına görə gözlənildiyi kimi qərbdən (başda) şərqə (ayaqlarda) yerləşirdi ki, mərhum sağ böyrü üstə qoyulanda üzü cənuba, Məkkəyə tərəf çevrlisin. Eyni zamanda, ölülər əvvəlcə taxta tabutlara qoyuldu, onlar dibi torpaq olan daş kriptlərə endirildi (yalnız 1 nömrəli qəbirdə dibi daşla örtülmüşdü). Bundan əlavə, bu beş qəbir yeraltı daş hörgü ilə – dördbucaq şəklində “hasar” ilə əhatə olunmuş dörd sıra təşkil etmişdir.

Ən kənarda (cənubda) iki uşaq dəfni müəyyən edilmişdir. Sıranın yuxarı, qərb hissəsində qalanlar arasında ən kiçiyi olan 5 nömrəli qəbir var idi. O, digər qəbirlərdən sümüklərinin nizamsız vəziyyətdə olması ilə də fərqlənirdi, burada dəfn edilən uşağın heç bir yaşı da olmamışdır. Sıranın aşağı (şərq) hissəsində dəfn edilmiş şəxsin ölçüsünə və qalıqlarına görə 6-7 yaşlı uşağa aid olan 1 saylı qəbir var idi. Məbədin dibi daşla üzlənmiş, tabutun dibi isə ağır materialla – həndəsi naxışlı tirmə və üzərində fars dilində beytlər toxunmuş medalyonlarla örtülmüşdür.

Növbəti sıra 2 nömrəli qəbirlə təmsil olunur. Qəbrin və tabutun ölçüsünə, sümüklərin xüsusiyyətlərinə görə, hündür və kifayət qədər dolğun yaşlı bir qadın dəfn edilib. 3 nömrəli qəbirdən üçüncü cərgənin mərhumu qonşusundan hündürdür, çünki onun qəbrinin uzunluğu 2,7 m-dir.Lakin bu məbədin eni az qala iki dəfə çoxdur. Məzardan torpağın atılması zamanı dağılmış kəllə sümüyünün və qalan uzun nazik sümüklərin hərtərəfli müayinəsi skeleti kişiyə deyil, dişiyə aid etməyə imkan verdi.

Nəhayət, ən şimal cərgəsini 4 saylı qəbir tutur. Skelet əsasında burada 18-19 yaşlı gəncin dəfn edildiyini müəyyən etmək mümkün olub. Eyni zamanda, o, müxtəlif parçalardan – yun, ipək və başqalarından tikilmiş, mavi muncuqlarla işlənmiş paltarlar geyinmişdi. Bundan əlavə, boyun fəqərələri nahiyəsində qumda qızıl sancaq tapılıb. Sancaq, arxa tərəfdən lehimlənmiş, çubuq üzərində altıbucaqlı bir ulduz idi. Çubuğun uzunluğu 3,8 sm, ulduzun diametri 1,5 sm-dir. İçərisində firuzəyi və kobud qırmızı daş, ehtimal ki, yaqut var idi.

Tapılan məzarlar
• Əmir Bəhram
• Məhəmməd İbrahim
• Şirvanşah Fərrux Yamin.
• Şirvanşah Fərrux Yasar.
• I Xəlilullahın oğullarından beşinci və sonuncusu Şeyx Saleh.
• 7 saylı məzarda gənc qız.
• 6 saylı məzarda isə yaşlı kişi, I Xəlilullah dəfn edilib.

Memar Rüfət Əcəlovun “Bakı” kitabında verdiyi məlumata əsasən, daş lövhələrin altında toxunulmamış 14 qəbir tapılmışdır. Onlardan biri Xəlilullahın özünə aid edilmişdir. (Аджалов Р. Баку. Краткий очерк истории города по памятникам зодчества. Баку-2015)

Arxeoloqlar türbənin altındakı sərdabəni açarkən qəbirlərin və skeletlərin dağıdılmadığını, öz yerində qaldığını aşkar ediblər və Şirvanşah I Xəlilullahın, onun anası Bıkə xanımın, oğullarının və digər saray üzvlərinin skeletləri tam halda sərdabədən tapıldı və antropoloji müayinədən keçirildi. Tamamilə toxunulmaz halda idilər. Sərdabədə sümüklərin yandırılmasına və ya qəbirlərin dağıdılmasına dair heç bir iz aşkarlanmadı. Məzarlardan parçalanmış kəfən qalıqları, toxuma nümunələri və mənşəyini qoruyan əşyalar tapılıb. Əgər qəbirlər açılıb yandırılsaydı, kül, kömür, yanmış sümük qırıntıları dərhal üzə çıxardı.

Alimlər yazırlar ki, Şah İsmayıl barədə deyilənlər yalan imiş və o, heç bir müsəlman qəbrini açıb sümükləri yandırmayıb. Lakin Minkeviç-Mustafayevanın bu tapıntısı sovetlərin ciddi təyziqi ilə üzləşmiş idi, Azərbaycanda sünni-şiə fərqinin qalması üçün sovet ideoloqları hesab edirlər ki, bu məlumat gizli qalsa yaxşıdır, ona görə də sovet tarixçilərinə məhz Şahın etmədiyi hərəkəti edib deyə yazmağı tapşırıq verirlər. Bizim hələ də sovet təsirindən çıxmayan alimlər də olmayan şeyi Şahın adına yazmaqda davam edirlər.

Bir sözlə, məlum olmuşdur ki, qızılbaşlar Şirvanşah Mirzə Xəlilullahın nə məzarına, nə də qalıqlarına toxunmuşdular. Onları heç kim dağıtmamış və yandırmamışdır. Leviatov və digər sovet arxeoloq-tarixçiləri hesabatlarında qeyd etdilər ki, yazılı mənbələrdəki “dağıtdı, sümükləri yandırdı” kimi ifadələr real fiziki məhvi deyil, siyasi qələbəni və Şirvanşahlar hakimiyyətinin devrilməsini göstərən təbliğat xarakterli təsvirlərdir.

Tarix elmi təsdiq edir ki, orta əsr salnamələrindəki bu məlumatlar ya dövrün siyasi təbliğatı nəticəsində yaranmış mübaliğədi və Şah İsmayılın obrazına sonradan əlavə olunmuş təhrif olunmuş iddialardır. Səfəvilərlə rəqabətdə olan Osmanlı tarixçiləri isə bu məlumatı Şah İsmayılı “müqəddəs yerləri və qəbirləri təhqir edən bir hökmdar” kimi qələmə vermək üçün öz salnamələrinə daxil etdilər.

Maddi-arxeoloji dəlillər təkzibedilməz şəkildə göstərir ki, Şah İsmayıl Şirvanşahlar Sarayındakı türbəni dağıtmamış, I Xəlilullahın və ailəsinin məzarlarını təhqir etməmişdir.

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Ərbəin yürüşü: 1400 ildən sonra da milyonları bir araya gətirən tarix

redaktor

30 iyul 762-ci il, ikinci Abbasi xəlifəsi Mənsurun göstərişi ilə Bağdad şəhərinin əsası qoyulur

admin

Eynşteynin diplomu

admin