Keçmiş prezident bu düşüncəni ya cəhalət, ya da fırıldaqçılıq kimi qiymətləndirib.
Həsən Ruhani, İranın keçmiş prezidenti, müharibənin davam etdirilməsini müdafiə edən bəzi çevrələrin baxışlarını tənqid edərək bildirib ki, bir qrup insan müharibənin şiddətlənməsi və genişlənməsinin İmam Mehdinin zühurunu sürətləndiracağına inanır və buna görə də müharibənin davamını dəstəkləyir.
Ruhani bu fikirləri “qəribə və anlaşılmaz iddialar” adlandıraraq deyib:
“Kiçik bir cahil azlıq hesab edir ki, müharibə nə qədər şiddətlənib genişlənsə, İmam Zaman bir o qədər tez zühur edəcək. Onlar deyirlər ki, zühurun tezləşməsi üçün müharibəni daha da alovlandırmaq lazımdır.”
Keçmiş prezident bu düşüncəni ya cəhalət, ya da fırıldaqçılıq kimi qiymətləndirib.
O əlavə edib ki, başqa bir qrup isə iqtisadi maraqlarına görə gərginliyin və böhranın davam etməsini istəyir. Ruhaniyə görə, “sanksiya tacirləri” müharibə və xaosun davamından faydalananlar sırasındadır.
Ruhani həmçinin bildirib ki, bəzi şəxslər özlərini dünyanın müxtəlif bölgələrinə nüfuz etməli və təsir dairələrini genişləndirməli olduqlarını düşünürlər.
