Belə bir xəbərlə rastlaşdım, mötəbər mənbəli.
“İranın Ali liderinin hərbi məsləhətçisi və ordu komandiri, ‘Səfəviçilik ideologiyası” daşıyıcısı
Yəhya Rəhim Səfəvi son müsahibəsində deyir:
“Bizim üçün Səfəvilər qızıl bir çağdır… Əgər ki, Səfəvi dövləti olmasaydı, bu gün bəlkə də İran adında bir dövlət yox idi, ya da ki indiki şəkildə bütünləşmiş də olmayacaqdı. Səfəvilər İranda mərkəzi hökumət qurmuş və parçalanmış İran torpaqlarını yenidən tam bir araya gətirmişdir. Səfəvi dövləti ümumi İranın modern kimliyinin formalaşmasında kilid bir rol oynamışdır. Bu baxımdan İran; Səfəvilərin hüquqi, siyasi həm mədəni və tarixi varisidir.” Məsələ tam aydındı.
Mən bu tezislərin, indiki İran rejiminin ideoloji əsasları, Səfəvilik şiəliyi üzərində qurulmasını bilirsinizmi, nədə tam yəqin etdim, bir çox şiə məzhəbi mənsubları bunu ört-badır etsələr də?
2015-ci ildə Tale Bağırzadə, “Qasım Süleymani əsgəriyəm” deyən İran emissarının Azərbaycan içindəki anti-azərbaycan fəaliyyətini araşdıran zaman belə bir, dar cameə çıxışı rast gələndə: “Biz Səfəvilik ardıcıllarıyıq, burası Səfəvi yurdu olub, burada bu ideoloji üzrə dövlət qurulacaq”. Bu çıxış barəsində təhlilimdə, mediada gedib.
Ondan tam məlum oldu ki, Səfəvilik indiki İran dövlətinin (məzhəbçi molla rejimi) tam ideoloji fundamental əsasını təşkil edir. Və o demək ki, İndiki İran dövləti elə Səfəvi dövlətinin varisidir.
