DünyaMuharibə

Ukrayna və Rusiya nə qədər əsgər itirib? – Zelenski yeni rəqəmlər açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə zamanı Ukrayna və Rusiya ordularının itkiləri barədə yeni məlumatlar açıqlayıb.

Tacxeber.comxəbər verir ki, Zelenski “Fox News” televiziyasına müsahibəsində itkilərlə bağlı sualı cavablandırıb.

Əvvəlcə Ukrayna Prezidentindən müharibə zamanı neçə rusiyalı əsgərin həlak olduğu soruşulub. “Onların itkiləri 1.600.000-dir. Bunlardan təxminən 700.000 nəfəri həlak olub”, – deyə Zelenski bildirib.

Ukraynanın itkilərinə gəlincə, Zelenski deyib ki, rusların Ukrayna ordusundakı vəziyyəti başa düşməməsi üçün bu barədə açıq danışmaq istəmir. Bununla yanaşı, Zelenski Ukrayna itkiləri ilə bağlı təxmini rəqəmlər söyləyib.

“Biz təxminən 50.000 əsgər itirmişik. Təxminən 400.000 yaralı olub və çoxlu sayda itkin düşmüş hesab olunanlar var”, – deyə Prezident qeyd edib.

“The New York Times” qəzetinin bundan öncə yaydığı məlumata görə, Ukrayna müharibəsinin 4 ilinin tamamında iki milyondan çox Rusiya və Ukrayna hərbçisi həlak olub və ya yaralanıb.

2024-cü ilin fevral ayında Zelenski müharibədə 31.000 ukraynalı hərbçinin öldüyünü bildirmişdi. 2026-cı ilin fevral ayında isə müharibədə 55.000 ukraynalı əsgərin həlak olduğunu demişdi. Müstəqil mənbələr isə itkilərin dəfələrlə çox olduğunu iddia edirlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

30 iyul 762-ci il, ikinci Abbasi xəlifəsi Mənsurun göstərişi ilə Bağdad şəhərinin əsası qoyulur

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyaya odlu bir gecə yaşatdı: Wildberries anbarları yanır

redaktor

Bununla da, Rusiya Ukraynaya Kremli raketlə vurma haqqı verdi

redaktor