İdmanMüsahibə

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” – Qurban Qurbanov

“İlk növbədə rəqibi təbrik edirəm. Yaxşı oyun alındı. Daha əvvəl də demişdim ki, qarşımızda güclü komanda var. Hətta düşünürəm ki, komandalarımız səviyyəcə bir-birinə yaxındır. Bunu nəticə də göstərdi”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsində SSKA-ya qarşı Bolqarıstanda keçirdikləri cavab oyunu haqda danışarkən deyib. Bu komandalar arasında Bakıdakı ilk matçda hesab açılmamışdı.Cavab görüşünün də əsas və əlavə vaxtı qolsuz bərabərliklə bitib. Penaltilər seriyasında isə SSKA üstün olub və mərhələ adlayıb – 5:4.

Q.Qurbanov buna baxmayaraq, komandasından razı qaldığını bildirib: “Deyəcək çox söz yoxdur. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Onların oyuna yanaşmasından razı qaldım. İndi növbəti qarşılaşmaya hazırlaşacağıq. Düzdür, 120 dəqiqə oynamaq bu mərhələdə komandamız üçün bir qədər ağır oldu. Futbolçular hələ belə yüklənməyə tam hazır deyillər. Amma istənilən halda maraqlı oyun keçdi və azarkeşlər bundan zövq aldı”.

Mütəxəssis qol vura bilməməklərinin səbəbini də açıqlayıb: “Qol vura bilməməyimizin səbəbi rəqibin güclü və mübariz komanda olması idi. Bəzi epizodlarda daha dəqiq oynamalı idik. Yorğunluq fonunda həm texniki, həm də digər səhvlər olur. Mənim üçün vacib olan odur ki, futbolçular son dəqiqəyədək mübarizə apardılar. İnanıram ki, bu texniki çatışmazlıqları tədricən aradan qaldıracağıq. Savoya gəlincə, dediyim kimi, futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər. O, sürətli oyunçudur və belə futbolçularda bu cür zədələr baş verə bilir”. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Sabah”ın 3-cü mərhələdəki rəqibi müəyyənləşdi

admin

“Qarabağ”la oyun ərəfəsində boykot və laqeydliyin vaxtı deyil”

admin

Zidanın baş məşqçi təyin edilməsinə Benzemadan reaksiya

redaktor