29 C
Bakı
28 İyul 2026 18:00
DünyaSiyasət

Tehran niyə, bunu etdi?

İranın Kəşfiyyat Nazirliyinin 23 iyul 2026-da “düşmən media qurumları” ilə bağlı yayıdığı siyahısına Azərbaycanın Dövlət Televiziya kanalını da daxil etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycan dövləti və ümumən, ölkəmiz əleyhinə mütəmadi və müxtəlif addımlardan birisidir. Şəxsi müstəqil fikirlərimi açıq deyim.

İran rejiminin əsas, dərin dövlət strukturu olan Kəşfiyyat Nazirliyi belə bir ciddi addımı faktiki tabeliyində olduğu dövlət içindəki dərin dövlət olan SEPAH-ın tələbi və İran hakimiyyətinin də razılığı olmadan atmaz və həm, ata bilməzdi.

Sual qalır, qonşu İranla Azərbaycan arasında, Azərbaycanın İrana ABŞ-la ağır müharibıəsi dövrü humanitar yardımı, eynilə də Rusiyadan İrana humanitar yardımlar keçməsində şərait yaratması və sair kimi normal münasibətləri dövrü İran tərəf əslən Azərbaycana qarşı niyə birdən-birə belə “düşmən addımı” sərgiləsin?

Düşünürəm ki, bu İrandan da daha çox, onun Rusiyanın oyuncağı rolundan irəli gəlmiş olar. Bu mənada ki, Rusiya İrana bu barədə təzyiq, tələb qoya bilər. Rusiyanın Azərbaycana qarşı son dövrlər şiddətli ritorikalı mövqeyi fonunda. Moskvadan basılan düymə, Tehranda icralıdır.

Azərbaycana qarşı Rusuya-İran cütlüyünün bu xorla addımı birinci dəfə deyil ki. Bu, dəfələrlə olub yaxın tarixdə, bu barədə faktlar da çoxdur. Ona görə də nə qədər ki, bu İranda bu rejim var, Azərbaycan dövləti və xalqı öz ehtiyatını gərək əldən verməsin. Və təbii, əldən heç, vermir də.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

AZTV “düşmən media”dırsa, bəs bu görüşlər necə izah olunur?

redaktor

“Dünyanın damı”nda yaşanan dəhşət: gizlədilən ölümlər, 20 illik sükut…

admin

Eynşteynin diplomu

admin