DünyaMuharibə

Rusiya-İran yük gəmiləri və neft obyektləri hədəf alındı – Zelenski təsdiqlədi

Bu gecə Ukrayna Silahlı Qüvvələri Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında istifadə olunan gəmilərə zərbələr endirib.

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zərbələr Rusiyanın xalqımıza qarşı istifadə etdiyi vasitələr üçün komponentlərin tədarük olunduğu Kirovdakı müəssisəyə endirilib. Ukraynanın dövlət sərhədindən məsafə təxminən 1200 kilometrdir.

Həmçinin Tümendəki neft emalı zavoduna, Yekaterinburqdakı logistika obyektinə, Rostov-na-Donuda yanacaq-sürtkü materialları anbarına zərbələr vurulub.

“Xəzər dənizinin akvatoriyasında uzaqmənzilli zərbələrin çox yaxşı nəticələri var”, – Zelenski qeyd edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, zərbələr nəticəsində “Molniya” raket katerinə, İranla Rusiya arasında hərbi yüklər daşıyan iki yük gəmisinə (“Port Olya 2” və “Begey”), eləcə də Filanovskoye yatağındakı neft hasilatı platformasına zərər dəyib.

Bundan əlavə, Rostov-na-Donuda S-400 kompleksinin radiolokasiya stansiyası, “Tor-M2” zenit-raket kompleksi, “Pole-21” radioelektron mübarizə kompleksi və FPV-dronların saxlandığı anbarlar vurulub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Təhlükəsizlik Xidməti Xəzər dənizindəki hədəflərin məhv edildiyini bildirib

redaktor

“Hər şeyi partlat”: Tramp İrana sərt ultimatum verdi

redaktor

CHP nümunəsi və seçkinin sərhədləri

redaktor