23 C
Bakı
09 Sentyabr 2026 13:30
DünyaMuharibəSiyasət

“Hər şeyi partlat”: Tramp İrana sərt ultimatum verdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İran ətrafındakı vəziyyətin inkişafı üçün iki mümkün variantı nəzərdən keçirir: hərbi təzyiqi daha da artırmaq və ya Tehranla razılaşma bağlamaq.

Ağ Evdə çıxış edən Amerika lideri qeyd etdi ki, hərbi ssenari zərbələrin davam etdirilməsini və intensivləşdirilməsini nəzərdə tutur.

Tramp deyib: “Hərbi seçim var, burada biz eyni şeyi etməyə davam edirik və daha da qəddarcasına, onların sahib olduğu hər şeyi partlatırıq. Yaxud daha ağıllı bir strategiya var, o da razılaşma əldə etməkdir”.

Onun sözlərinə görə, İran hakimiyyəti hələ razılığa hazır deyil, lakin ABŞ prezidentinin fikrincə, onlar sonda danışıqlarda maraqlıdırlar.

Tramp əlavə edib ki, “Sadəcə düşünürəm ki, onlar hələ buna hazır deyillər, amma razılaşmaq istəyərlər. Bəzən razılaşmaq istədiklərini demirlər. Onlar sərt adamlar olmaq istəyirlər”.

Eyni zamanda, Tramp qeyd edib ki, İrana qarşı zərbələrin intensivləşdirilməsi ilə bağlı hələlik yekun qərar verməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Saatda 2,5 milyard rubl: Kremlin müharibə xərcləri yeni rekorda çatıb

redaktor

Aİ Ukraynaya “Patriot” üçün 3,2 milyard avro ayırıb

redaktor

Ukrayna Silahlı Qüvvələri Novorossiyskə hücum etdi: itkilər var

redaktor