26.1 C
Bakı
05 İyul 2026 10:25
DünyaTexnologiya

Sərt gerçəkliklə üzləşmə zamanı

Samsung və Hynix kimi dünya nəhəngi şirkətlərə malik olan Cənubi Koreya süni intellekt, robot sənayesi və çip istehsalına bir trilyon dollardan artıq sərmayə qoymağı planlaşdırır.

Əlbətdə bu qədər nəhəng sərmayə qoyuluşu Cənubi Koreyanı ABŞ və Çin kimi texnologiya nəhənginə çevirməyəcək. Çünki, texnologiya nəhənginə çevrilmək üçün müfaviq baza və infrastrukurla yanaşı trilyonlarla dollar sərmayə qoymaq imkanı olmalıdır. Cənubi Koreya sadəcə olaraq süni intellekt, robot sənayesi və çip istehsalına bir trilyon dollardan artıq sərmayə qoymaqıa ABŞ və Çindən çox da geridə qalmamağa çalışır. Seulun hədəfləri dünyanın sırt gerçəklilərinə uyğundur.

Dünyada texnoloji rəqabətin belə sərt şəraitdə getdiyi bir vaxtda Cənubi Koreyanın imkanlarının cuzi bir hissəsinə malik olmayan Türkiyənin süni intellektin liderlərindən biri olacağını inanmaq hava haqqında məlumata deyil, “yaxış duası”na inanmağa bənzəyir.

Süni intellektin inkişafı üçün lazım olan üç zəruri şərtin heç biri Türkiyədə yoxdur. Süni intellektin inkişafı üçün nəhəng sərmayə, ucuz və daimi enerji ilə yanaşı on minlərlə talantlı mütəxəsis lazımdır.

Cənubi Koreya süni intellekt, robot sənayesi və çip istehsalına bir trilyon dollardan artıq sərmayə qoymağı planlaşdırdığı halda, Türkiyənin bu sahəyə yönəldəcəyi 100 milyard dolları yoxdur. Türkiyə ən yaxşı halda bir neçə milyard dollar vəsait xərcləyə bilər ki, bununla hətta ortabab məlumat mərkəzi (data center) tikmək də mümkün deyil. Dünya səviyyəli bir məlumat mərkəzi tikmək üçün ortalama 50 milyard dollar, onun fəaliyyətini təmin etmək üçün də hər il milyarlarla dollar xərcləmək lazımdır. Orbital məlumat mərkəzi inşa etmək, onu kosmosa çıxamaq və fəaliyyətini təmin etmək üçün yüz milyarlarla dollar vəsait, çox böyük elmi, texniki və kadr potensialı lazımdır.
Bu gün süni intellekdə liderlərdən biri olmaq üçün yüz milyardla dollara malik olmaq yetərli deyil. Süni intellekdə lider olmaq üçün trilyonlarla dollar xərcləmək imkanı olmalıdır.

ABŞ və Çindən başqa heç bir ölkənin belə nəhəng sərmayə imkanları yoxdur. Ona görə də Cənubi Koreya kimi ölkələr yüz milyardlarla, bəzən bir trilyon dollar xərcləməklə ABŞ və Çindən çox geri qalmamağa çalışırlar. Türkiyənin isə belə bir imkanları da yoxdur və ən azı bu əsrin sonuna kimi də olmayacaq. Ona görə də Türkiyə nəyinki liderdən biri ola bilməyəcək, hətta Cənubi Koreya kimi dövlətlərlə də rəqabət aparmaq imkanı olmayacaq.

Süni intellektin inkişafı üçün səramyə olmadığı üçün ucuz və daimi enerji, on minlərlə talantlı mütəxəsis məsələsinə toxunmuram. Ona görə duyğusal toplumun xoşuna gələn nağıllar danışmaq çox yanlış işdir. İnkişaf etmək istəyən toplum ilk öncə sərt gerçəkliklərlə üzləşməlidir.
Sərt gerçəkliklə üzləşmə zamanı gəldi.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “Bütün dünya Ukraynanın rus əclafını məğlub etməsini gözləyir.”

admin

Pezeşkian istefa verməklə hədələyərək Xameneini atəşkəsə razı saldı

redaktor

Madyar Putini sərt şəkildə təhqir etdi,- “Bunker iti”

redaktor