28.8 C
Bakı
05 İyul 2026 18:26
DünyaSiyasət

Dünən kənara çıxan Paşinyanı qınayan Lukaşenko, bu gün özü, oyundan çıxır…

Lukaşenko da görünür, Putinin oyununa girmək istəmir. Rusiya tərəf gətirib, Belarus ərazisində, Ukrayna sərhədində retranslyatorlar qurmuşdu. Onlar da, Rusiyadan atılan raketləri Ukraynanın ərazisindəki dəqiq hədəflərə yönləndirirdi. Bunu Qərb kəşfiyyatı aşkar edərək Ukraynaya bildirdi.

Zelenski də, bəyanat yayıb Belarusu xəbərdar etdi ki, ya o retranslyatorları qüllələrdən sökün bir həftəyə, ya biz özümüz onları vurub salarıq.

Lukaşenko əvvəl söyləndi Ukrayna tərəfə sonra özü əmr verdi, yığışdırdı həmin casus cihazları.
Və sonra narahat halda çıxış edir ki, bizlik deyil.

Video-nitqində ictimaiyyət qarşısında deyir:

“Biz nədir, borcluyuq özgəsinin iradəsinə görə gedib Ukrayna ilə savaşaq? Biz bəyəm istəyirik ki, hərbçilər demiş, o yerlərdə “ət farşı”- döymə ətmı olaq? Ona görə heç kimə inanmayın, biz hansısa bir müharibə istəyirik! Müharibəni biz başlamamışıq və biz heç kimin aqressiyasına şərik olmamışıq. Bir zaman keçəcək, mən hər şeyi danışacam, bu məsələ (müharibə) necə başlanıb. Belə ki, biz istəmirik, bütün bunları! “.

Bu, Lukaşenko təbiətən rahat adamdır, gətirib salıb Putin onu da müttəfiq adı ilə, bu işin içinə. Arada, Qazaxstan və digərlərini da belə qovğa və “dvvijuxasına” qoşmaq istəyirdi. Getmədilər.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Ağılsız müharibədən ağıllı çıxış olmur

redaktor

Piyada Qoşunları Onlayn Olur: Fransa Döyüş Robotlarından ibarət Ordu Yaradır

redaktor

Trampla danışdıqdan sonra Zelenski müharibəyə son qoymaq üçün bir şansdan danışdı

redaktor