20 C
Bakı
05 Oktyabr 2026 19:29
DünyaSiyasət

Pezeşkian istefa verməklə hədələyərək Xameneini atəşkəsə razı saldı

“The New York Times” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, İran prezidenti Məsud Pezeşkian ölkənin ali lideri Müctəba Xameneini atəşkəsi təsdiqləməyə və ABŞ ilə danışıqlara başlamağa inandıra bilib.

Nəşrin məlumatına görə, dövlət başçısı ABŞ-ın mümkün dəniz blokadasının ölkənin iqtisadi vəziyyətinin sürətlə pisləşməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Müzakirələr zamanı Pezeşkyan diplomatik yoldan imtina ediləcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib.

NYT-nin qeyd etdiyi kimi, İran Mərkəzi Bankının rəhbəri həmçinin rəhbərliyə xəbərdarlıq edib ki, artan sanksiya təzyiqi və dəniz ticarətinə qoyulan məhdudiyyətlər respublikanın yaxın həftələrdə ərzaq və dərman çatışmazlığı ilə üzləşə bilər.

Qəzetin məlumatına görə, bu arqumentlər atəşkəsi dəstəkləmək və Vaşinqtonla danışıqlara başlamaq qərarında əsas rol oynayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Rusiya Azərbaycan vətəndaşlarını daşıyan gəmiyə hücum edib

redaktor

Qərbdə fərqli baxış: Əliyevin çıxışını müdafiə edən məqalə yayımlandı

redaktor

“Müsəlman qardaşları” təhlükəsi

redaktor